“Atabank”ın əmlakı hərraca çıxarılır

Redaktor

10.06.2025 13:00
474

“Atabank”ın əmlakı hərraca çıxarılır

1 iyul “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan "Atabank" ASC-nin balansında olan daşınmaz əmlakın açıq hərracı keçiriləcək.

Valyuta.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

“Atabank” ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşən 247.92 kv.m olan qeyri-yaşayış sahəsi satışa çıxarılıb.

Daşınmaz əmlak 750.000 manat ilkin qiymətlə satışa çıxarılıb.

Qaydaya əsasən, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Həmçinin əmlakı əldə edən şəxs alış məbləğini 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürməlidir.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...