Redaktor
İş tapmağa kömək edən 7 sayt
Azərbaycanda son illər ərzində iş elanları saytlarının sayı və çeşidi xeyli artıb. Bu platformalar iş axtaranlarla işəgötürənlər arasında çevik və rahat əlaqə yaradır. Saytlar müxtəlif auditoriyalara yönəlib: bəziləri peşəkarlar, bəziləri isə gənc mütəxəssislər və tələbələr üçün nəzərdə tutulub. Artıq yüz minlərlə insan iş axtararkən bu platformalara müraciət edir. Bəs bu saytlar bir-birindən nə ilə fərqlənir?
Valyuta.az iş elanları səhifələrini və onların əsas auditoriyasını təqdim edir.
1. Boss.az
Ən çox vakansiya sahələri: satış, ofis işləri, mühasibatlıq, kuryer, mühəndislik, resepsiyon və.s
Xüsusiyyət: Həm aşağı, həm yüksək vəzifələrə aid vakansiyalar paylaşaraq geniş auditoriyaya xitab edir.
2. Jobsearch.az
Ən çox: maliyyə, hüquq, HR, idarəetmə, təhsil, layihə menecmenti və.s
Xüsusiyyət: Peşəkar və orta-yüksək vəzifəli elanlar paylaşır.
3. HelloJob.az
Ən çox: təcrübə proqramları, SMM, kontent yaradıcısı, dizayn, part-time işlər və.s
Xüsusiyyət: Tələbələr və gənclər üçün mükəmməldir.
4. eJob.az
Ən çox: ofis, təchizat, logistika, administrasiya, dəstək xidmətləri və.s
Xüsusiyyət: Ənənəvi və idarəetmə sahələrinə fokuslanır.
5. Vakansiya.az
Ən çox: mühasib, müəllim, menecer, sosial media mütəxəssisi və.s
Xüsusiyyət: Ofis və xidmət sahələrini əhatə edir.
6. Smartjob.az
Ən çox: SMM, satış, dizayn, təcrübə və.s
Xüsusiyyət: Müasir və gənc yönümlü platformadır.
7. Projob.az
Ən çox: satış, marketinq, təhsil, logistika və.s
Xüsusiyyət: Yeni platforma olsa da, sahələr genişdir.
İş elanları saytlarının bu qədər müxtəlif və məqsədli auditoriyalara bölünməsi Azərbaycan əmək bazarında seçimin daha məqsədyönlü və rahat şəkildə aparılmasına imkan yaradır. İstər gənc namizəd, istər peşəkar mütəxəssis, istərsə də dövlət qulluğuna marağı olan biri üçün uyğun platforma tapmaq mümkündür.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGömrük generalı təqaüdə göndərildi
15.12.2025“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub
15.12.2025Çin Braziliyanın qızıl yataqlarını alır və bazar liderliyini gücləndirir
15.12.2025Bu avtomobillər ucuzlaşa bilər?
15.12.2025Yanan binanın sakinlərinə təzminat ayrıldı
15.12.20252026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyası təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025