Redaktor
Əhali bank sisteminə güvənmir - İqtisadçı
Mərkəzi Bankın sədri Taleh Kazımovun "əhali 10 milyard dollar pulunu "yastıq altında" saxlayır” deməsi geniş müzakirələrə səbəb olub. Müzakirələrdə onun fikirləri tənqid olunub.
Taleh Kazımov onu da bildirib ki, bu vəsait real iqtisadiyyata cəlb olunmadığı üçün "ölü kapital” hesab edilir və ölkənin maliyyə dövriyyəsinə ciddi təsir göstərir. Mərkəzi Bankın sədri əhalini vəsaitləri evdə saxlamaq əvəzinə banklara, bazara və ya investisiya vasitələrinə yönəltməyə çağırıb.
Valyuta.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın sədri Taleh Kazımovun fikirlərinə reaksiya verib.
O, qeyd edib ki, Mərkəzi Bankın rəhbəri normal, beynəlxalq iqtisadi terminalogiyaya uyğun açıqlama verib:
"Lakin bu fikirləri anlayanlar məğzinə uyğun, anlamayanlar isə içiboş açıqlamalar veriblər. Yəni Mərkəzi Bankın rəhbəri, əslində, sistemin mahiyyətini ciddi tənqid edən açıqlama verib, mahiyyətinə uyğun suallar ünvanlamaqdansa, boş-boş danışırlar ki, hakimiyyət gəlib yasdığınızın altından pulları alacaq.
"Yasdıqaltı pullar” termini iqtisadiyyatada geniş yayılmış, bir çox məsələləri izah etmək üçün istifadə edilən deyimdir".
Ekspert qeyd edib ki, Mərkəzi Bankın rəhbəri bu açıqlaması ilə əslində, 3 önəmli məsələnin üstünü açır:
"Bu məsələlər aşağıdakılardır:
1) Vətəndaş, əhali bank sisteminə hələ də güvənmir, vəsaitini evində saxlamağa üstünlük verir - Mərkəzi Bank izah etsin, cavab versin ki, niyə əhali hələ də bank sisteminə güvənmir...
2) Ölkədə o qədər primitiv, bəsit iqtisadi sistem var ki, vətəndaş yatırım etməyə alət tapmır, yəni, qiymətli kağızlar bazarı, gəlir alətləri yox kimidir – hökumət cavab versin ki, niyə bu qədər primitiv sistem qurub...
3) Məmləkətdə investisiya mühiti o qədər bərbaddır ki, əlində, yastığının altında pulu olan vətəndaş obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir, dövlət orqanlarından qorxur, düşünür ki, biznes qursa və ya, belə bir cəhd etsə, o vəsaiti itirə bilər – hakimiyyət cavab versin ki, əhali niyə biznes qurmaq üçün başqa ölkələrə gedir, amma öz ölkəsində biznes qurmağa qorxur...
Yəni Mərkəzi Bankın rəhbəri ciddi diskurs açmağa, indiki şəraitdə nə qədər mümkündürsə, bir o qədər açıq danışmağa çalışır. İctimai fikirə təsir imkanı olanların bir qismi bundan istifadə edib hökumətin bütün iqtisadi siyasətini kəskin tənqid edən müzakirə açmaq əvəzinə, səviyyəsiz "hype” yaratmağa çalışırlar..."
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...
12.03.2026Toğrul Əliyev: Rəqamsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır
12.03.2026Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var
12.03.2026İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil
12.03.2026İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək
12.03.2026“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq
12.03.2026Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb
12.03.2026Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb
12.03.2026Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"
12.03.2026Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®
12.03.2026zypl.ai 2 milyon dollar investisiya cəlb edib
12.03.2026Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi
12.03.2026İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir
12.03.2026