Əfv sərəncamı icra olundu

Redaktor

26.05.2024 15:55
345

Əfv sərəncamı icra olundu

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub.

Valyuta.az xəbər verir ki, sərəncamın icrası Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 10,16, 17 saylı və digər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildiriblər.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad olunub. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad olunub. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Onu da qeyd edək ki, budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi

15.12.2025

"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?

15.12.2025

Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır

15.12.2025

İcra başçısı baş mütəxəssisi işdən çıxardı

15.12.2025

Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama

15.12.2025
Yarım milyon borcu olan şirkət kimindir?

Yarım milyon borcu olan şirkət kimindir?

15.12.2025

Aeroport yolunda sürət həddi endirildi

15.12.2025

Cəbrayılda milyonluq tender elan edilib

15.12.2025

Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK

15.12.2025

İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...

15.12.2025

Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

15.12.2025

"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq

15.12.2025

Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi

15.12.2025

Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE

15.12.2025

Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI

15.12.2025

Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı

15.12.2025

Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM

15.12.2025

Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®

15.12.2025

Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu

15.12.2025

“Top Qapı" restoranı satışa çıxarılır

15.12.2025

Məzənnə

Yüklənir...