Şəmsi Bayramzadə
"Holberton School Azerbaijan"ın CEO-su, Biznesin inkişafı meneceri
Son zamanlar hazır bizneslərin satış elanlarına daha tez-tez rast gəlinir. Bəzən insanların müəyyən bir yerə gəlmiş biznesi satmağa əli gəlmir. Amma nəzərə almalıyıq ki, bu biznesdir. Vaxtında satmaq, dəyəri qorumaq deməkdir.
Bəs biznesi satmaq qərarı hansı məqamda verilməlidir?
Biznes satmağı tətikləyən səbəblər mənim üçün bunlardır:
Biznes şəxsi dəyərlərə və gələcək planlara uyğun gəlmir
Bəzən sahibkarlar əvvəlki həyat tərzinə uyğun olan bir bizneslə yollarını ayırmaq məcburiyyətində qalırlar. Məsələn, bir məhəllə çayxanasını uzun illər işlədən şəxs sonradan böyük bir holdinqdə idarəçi vəzifəsinə təyin olunduqda, bu işlə məşğul olmaq artıq status və dəyərlər baxımından uyğun görünmür. Bu kimi hallarda biznesi satmaq daha məqsədəuyğun hesab edilir. Qeyd edək ki, burada konkret biznes növləri arasında ayrıseçkilik edilmir.
Zaman çatışmazlığı və idarəetmə problemləri
Əgər biznesin idarəçiliyi birbaşa sahibkardan asılıdırsa və o, işə kifayət qədər zaman ayıra bilmirsə, bu hal ya zərərə səbəb olur, ya da bu istiqamətdə risk yaradır. Belə vəziyyətdə biznesi satmaq, bankrot olmaqdan daha rasional qərar sayılır.
Biznes digər fəaliyyətlərlə sinerji yaratmır
Əgər mövcud biznes sahibkarın digər fəaliyyət sahələri ilə sinerji yaratmırsa və ya inkişaf strategiyasına uyğun deyilsə, onun satılması daha məqsədəuyğundur. Məsələn, "Unilever" şirkəti "Sana" adlı yağ istehsalı brendini sataraq bu istiqamətdən tamamilə çıxdı. Şirkət bu qərarını strategiyasına uyğun olmaması ilə əsaslandırmışdı. Bənzər şəkildə, restoranlar şəbəkəsi olan bir sahibkar eyni zamanda sahib olduğu qurutəmizləmə müəssisəsinin onun üçün artıq yan fəaliyyətə çevrildiyini hiss etdikdə, bu biznesi satmaq qərarına gələ bilər.
Gələcəkdə böyümə potensialının olmaması və rəqabətə davam gətirməmək ehtimalı
Əgər sahibkar öz biznesinin gələcəkdə böyümə potensialı olmadığını və güclü rəqiblərlə mübarizə apara bilməyəcəyini düşünürsə, bu halda vaxtında satmaq bankrotluq riskindən daha təhlükəsiz və sərfəli çıxış yolu sayılır.

Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?
03.03.2026Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb
03.03.2026Rubl və avro dəyər itirir
03.03.2026Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq
03.03.2026Pul haradan yaranıb? - SƏHƏR OXUSU
03.03.2026Uorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026