Redaktor
"Bayram günlərinin yalnız bəzi işçilər üçün istirahət sayılması sosial ədalət balansını pozur"
Satış yerlərində - market və mağazalarda çalışan minlərlə işçi üçün bayram anlayışı çox vaxt yalnız təqvimdəki tarixlə məhdudlaşır. Digər sahələrdə çalışanlar üçün bayram günləri istirahət və ailə ilə vaxt keçirmək imkanı yaratsa da, pərakəndə satış sektorunda fəaliyyət göstərən işçilər üçün bu günlər əksər hallarda adi iş günü kimi davam edir. Halbuki bu kateqoriyaya daxil olan əməkdaşlar, adətən, həftə ərzində cəmi bir dəfə istirahət hüququndan istifadə edirlər və bayram günləri həmin qrafiki dəyişmir. Yeni il və digər rəsmi bayram günləri satış yerlərində çalışan işçilər üçün də real istirahət günü sayılmırmı?
İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, satış yerlərində - market və mağazalarda çalışan minlərlə insan üçün bayram günləri çox vaxt sadəcə təqvimdə qeyd olunan tarix olaraq qalır: "Digər sahələrdə çalışanlar bu günləri istirahət, ailə ilə vaxt keçirmək fürsəti kimi yaşadığı halda, pərakəndə satış sektorunda çalışanlar üçün bayramlar əksər hallarda adi iş günündən fərqlənmir. Nəzərə alsaq ki, bu sahədə çalışan əməkdaşların çoxu həftə ərzində cəmi bir gün istirahət edir və bayram günləri həmin qrafikə təsir göstərmir".
Ekspertin sözlərinə görə, bayram günlərində fasiləsiz işləmək biznesin tələbi kimi təqdim olunsa da, məsələ yalnız əməliyyat zərurəti ilə izah edilə bilməz.: "Söhbət insan əməyinin dəyərindən, işçinin sosial həyatı və rifahından gedir. Bayram günü işləyən əməkdaş üçün həmin günün nə istirahət, nə də əlavə dəyər ifadə etməməsi zamanla motivasiya itkisinə, emosional yorğunluğa və ədalətsizlik hissinin formalaşmasına səbəb olur".

Mövcud praktikada tez-tez rast gəlinən hallar - bayram günlərinə görə alternativ istirahət gününün verilməməsi, əlavə ödəniş mexanizmlərinin tətbiq olunmaması və ya bu günlərin sadəcə “adi iş günü” kimi qəbul edilməsi uzunmüddətli perspektivdə nə işçi məmnuniyyətinə, nə də xidmət keyfiyyətinə müsbət təsir göstərir", - deyə ekspert bildirib.
Ekspert deyir ki, satış yerlərində çalışanlar da ailəsi olan, övladları ilə bayram keçirmək istəyən, sosial həyata ehtiyacı olan insanlardır: "Bayram günlərinin yalnız müəyyən kateqoriya əməkdaşlar üçün real istirahət anlamı daşıması cəmiyyətdə sosial balansı pozur".
A.Səmədov sonda qeyd edib ki, bu mövzuya yanaşma dəyişməlidir: "Bayram günlərində çalışan əməkdaşlar üçün alternativ istirahət günlərinin verilməsi, əlavə ödəniş və ya növbəli şəkildə bayram istirahətinin təmin olunması artıq “əlavə üstünlük” deyil, ədalətli və sağlam iş mühitinin tərkib hissəsi kimi qəbul edilməlidir. Əks halda, bayram anlayışı satış sektorunda çalışan minlərlə insan üçün yalnız təqvimdə olan bir söz olaraq qalacaq".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 7,4 mlrd. manata düşüb
26.12.2025Şərurlu İsfəndiyar "dələduz" sözünə görə bəraət aldı
26.12.2025"Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmaması hüquqi boşluqldur"
26.12.2025"Sürüşkən iş rejiminə keçək" - Deputatdan təklif
26.12.2025Bu rayonun icra hakimiyyətinin şöbə müdiri hakim təyin edildi
26.12.2025İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
26.12.2025Böyük bank rəhbərləri süni intellektin işçi sayına təsiri barədə nə deyirlər?
26.12.2025