Redaktor
Ən ucuz 10 idman avtomobili seçildi
2025-ci il "Mazda MX-5 Miata" ən ucuz idman avtomobilləri siyahısına başçılıq edir. Avtomobilin qiyməti 29.800 dollardır.
Valyuta.az xəbər verir ki, bu barədə mütəxəssislərin satış məlumatlarını təhlil edən topspeed.com saytı yazıb.
"Mazda MX-5 Miata"nın kapotunun altında 181 at gücünə malik 2.0 litrlik mühərrik var. İkinci yeri 30.800 dollara başa gələn "Toyota GR86" tutub. Bu avtomobil 228 at gücünə malik 2.4 litrlik mühərriklə təchiz olunub.
Üçüncü yerdə "Honda Civic Si" (31.000 dollardan başlayaraq) qərarlaşıb. Bu avtomobilin güc aqreqatı 200 at gücünə malik 1.5 litrlik mühərrikdir.
Növbəti yerlərdə "Volkswagen Golf GTI", "Hyundai Elantra N", "Subaru WRX", "Toyota GR Corolla", "Nissan Z", "Honda Civic Type R" və "Volkswagen Golf R" qərarlaşıb.
Paşa Məmmədli