İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

Redaktor

25.12.2025 18:15
126

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

Prezident İlham Əliyev "İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında" 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.

Valyuta.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292 manatdan 1 642 956 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000 manatdan 3 000 000 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2 500 000 manatdan 1 000 000 manata endirilib.

Əvəzində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər işlərin maliyyələşdirilməsi üzrə xərclər 464 765 000 manatdan 497 765 000 manata qaldırılıb, o cümlədən dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə xərclər 200 000 000 manatdan 190 000 000 manata, tibb müəssisələri üçün ərzaq məhsullarının alınması və təminatı üzrə xərclər 25 000 000 manatdan 21 300 000 manata, tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınması üzrə xərcləri 28 000 000 manatdan 63 500 000 manata, xidməti və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması üzrə xərclər 10 000 000 manatdan 21 200 000 manata dəyişdirilib.

Bundan başqa, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrinə tibbi xidmətlərə görə sığorta ödənişləri xərcləri 430 000 000 manatdan 495 000 000 manata qaldırılıb, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi xərcləri isə 40 000 000 manatdan 20 000 000 manata endirilib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Fotolar

25.12.2025

Salyan heyvan bazarı yenidən qurulub

25.12.2025

Apple kimi dividend ödəyən 5 səhmdar şirkət

25.12.2025

Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək

25.12.2025

İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib

25.12.2025

Tez-tez sıradan çıxan 10 avtomobil açıqladı - SİYAHI

25.12.2025

"Google" ilk dəfə istifadəçilərə "Gmail" ünvanını dəyişməyə icazə verəcək

25.12.2025

"Duolingo" əməkdaşlarına Yeni ildə 2 həftəlik ödənişli məzuniyyət verdi

25.12.2025

Əczaçılıq sənayesindəki müəssisələrə 265 milyon investisiya qoyulub

25.12.2025

2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?

25.12.2025

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi tarix açıqlandı

25.12.2025

Milyonlarla telefon 6 gün sonra işləməyəcək

25.12.2025

Niyə Mark Kyuban sərvətinin böyük hissəsini nağd saxlayır?

25.12.2025

Kriptovalyuta üçün 2025-ci il hesabatı: 2,7 milyard dollar buxarlandı

25.12.2025

Yanvarın 1-də avtobuslar saat 01:30-dək fəaliyyət göstərəcək

25.12.2025

Bu idmançılar və idman mütəxəssisləri təltif edildi -SİYAHI

25.12.2025

Prezident yeni Dövlət Proqramını təsdiqlədi

25.12.2025

Bankların manatla ən çox kredit verdiyi 10 rayon

25.12.2025

Banklar kreditlərdən 3 mlrd. manatdan çox gəlir əldə edib

25.12.2025

Şəhər mərkəzində kirayədə qalmaq, yoxsa şəhərdən kənarda ev almaq?

25.12.2025

Məzənnə

Yüklənir...