Redaktor
Azərbaycanda ilk dəfə: E-ticarət inkubasiya proqramı - 30,000 ₼ mükafat!
Azərbaycanın startap ekosistemini gücləndirmək oktyabr ayından başlayaraq “eCom X” adlı unikal e-ticarət təlim və inkubasiya proqramına start verilib.
Valyuta.Az-ın verdiyi xəbərə görə, Bakı, Sumqayıt, Gəncə və Lənkəran da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrindən olan iştirakçılar bu proqramda onlayn olaraq iştirak edə bilərlər. Proqramın əsas məqsədi 3 ay ərzində iştirakçılara sıfırdan e-ticarət biznesi qurmağı öyrətmək və onları uğurlu e-ticarət liderlərinə çevirməkdir.
Təlim zamanı iştirakçılar e-ticarətin əsas prinsipləri, məhsul seçimi, rəqəmsal marketinq strategiyaları, onlayn mağazaların yaradılması və idarə edilməsi kimi vacib mövzuları ətraflı öyrənəcəklər. Bununla yanaşı, e-ticarət bizneslərini necə böyütmək və genişləndirmək haqqında praktiki biliklər əldə edəcəklər.
Təlim proqramının sonunda keçiriləcək “Ideathon” mərhələsində iştirakçılar öz e-ticarət layihələrini təqdim edəcəklər və 16 ən yaxşı ideya seçilərək 3 aylıq inkubasiya proqramına qəbul ediləcəklər.
İnkubasiya mərhələsi iştirakçılara bizneslərini inkişaf etdirmək, onlayn mağazalarını qurmaq və satışlarını artırmaq üçün əlavə dəstək verəcək.
30,000 AZN mükafat fondu isə ən yaxşı layihələrin sahibkarlarına verilməklə onların bizneslərini daha da irəli aparmağa kömək edəcək.
Proqramda iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Azərbaycanın hər yerindən və dünyanın müxtəlif bölgələrindən iştirak etmək istəyənlər online formada təlimlərə qoşula bilərlər.
Qeyd edək ki, eCom X proqramı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. Tədbir “SUP.az” və BONPARA şirkətlərinin, Azərbaycan E-ticarət Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb
03.03.2026Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın
03.03.2026“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə
03.03.2026Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur
03.03.2026"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır
03.03.2026Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib
03.03.2026Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®
03.03.2026Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar
03.03.2026İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb
03.03.2026Magistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026