Redaktor
Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər.
Bu barədə paytaxtın ictimai nəqliyyatında istifadə olunan “BakıKart” sisteminin operatoru – “K Group” MMC məlumat verib.
Paralel olaraq “BakıKart” kart, “BirBank” və “M10” QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:
“Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər “BakuBus” marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur”.
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPatent almadan ixtirasını dünyaya təqdim edən mühəndis
20.12.2025Bazar gününün hava proqnozu
20.12.2025Birbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı ®
20.12.2025Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır
20.12.2025Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
20.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
20.12.2025ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb
20.12.2025Neftimizin qiyməti 64 dolları keçib
20.12.2025Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?
20.12.2025Kasıb ailədən qlobal media imperiyasına - SƏHƏR OXUSU
20.12.2025Yeni ildə harada əylənmək olar?
19.12.2025Roblox: sadə ideyadan 60 milyard dollarlıq qlobal platformaya gedən yol
19.12.2025“Zoom”u 41 yaşında quran mühəndisin hekayəsi
19.12.2025“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib
19.12.2025Bankların mənfəət vergisi ödənişləri 13% artıb
19.12.2025"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!
19.12.2025