Redaktor
Sabahdan Azərbaycanda ov mövsümü açılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Valyuta.az-a verilən məlumata görə, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elmi göstəricilər əsasında 20 dekabr 2025-ci il tarixindən 1 fevral 2026-cı il tarixinədək ov mövsümünün açıq elan edilməsi barədə qərar qəbul olunub.
Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, su-bataqlıq ərazilərində müşahidə olunan ekosistem dəyişiklikləri, eləcə də fauna üzrə aparılan ilkin monitorinqlərin nəticələri nəzərə alınaraq ov mövsümünün fəaliyyəti əvvəlcədən planlaşdırılmış müddətdən daha erkən dayandırılmışdı:
"Sonrakı mərhələdə həyata keçirilən təkrar ekoloji müşahidələr, heyvan populyasiyalarının sayımı və qışlama şəraitinin qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, bəzi növlər üzrə populyasiya göstəriciləri sabitləşib, quşların qışlama dövrünün ekoloji baxımdan ən həssas mərhələsi başa çatıb. Mövcud elmi əsaslar, monitorinqlərin nəticələri və ekoloji tarazlığın qorunması prinsipləri nəzərə alınaraq ov mövsümünün sabahdan açılması məqsədəuyğun hesab edilib".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!
19.12.2025Osman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir
19.12.2025"YouTube"da qlobal nasazlıq baş verdi
19.12.2025Sabahdan Azərbaycanda ov mövsümü açılır
19.12.2025"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü
19.12.2025Saxta yükləmə çubuqları ilə kompüterləri ələ keçirirlər
19.12.2025Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI
19.12.2025Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"
19.12.2025"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb
19.12.2025Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı
19.12.2025Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq
19.12.2025