Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Redaktor

19.12.2025 16:00
64

Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Son 10 ildə Azərbaycanda sığorta sahəsində dəyişikliklər var.  Bu dövrdə əvvəl mövcud olan qaydaların bəziləri ləğv edilib, bəziləri yenilənib. Bu insanların sığortaya olan münasibətini də dəyişib. Bəs bu dəyişikliklər hansılardır? 

Sığorta eksperti Vüsal Bədəlov Valyuta.az-a bildirdi ki, əsas dəyişiklik həyat yaşam sığortasında limitlərlə bağlı olub: “Əvvəllər bir şəxs maaşının 80%-ni həyat yığım sığortasına yönəldə bilirdi, lakin indi əməkhaqqının 40%-dən artığını həyat yaşam sığortasına yönəltmək mümkün deyil”.

Onun sözlərinə görə, əmlak sığortası ilə bağlı son illər dəyişiklik olmayıb: “Əvvəl olduğu kimi Bakı şəhəri üzrə sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat,  təminatı 25 min manatdır. Gəncə, Naxçıvan, Sumqayıtda sığorta haqqı 40 manat, təminat 20 min manat, azadolma məbləği 200 manatdır. Digər şəhər və bölgələrimizdə sığorta haqqı 30 manat, təminat 15 min manat, azadolma 150 manat təşkil edir”. 

O deyir ki, bu illərdə dəyişiklik sığorta blankları ilə bağlı olub: “Əvvəllər sığorta müqaviləsi, əsasən də icbari sığorta rəsmiləşdirildikdə sığorta blankları mövcud idi. Həmin blankların yazılması qiymətli kağız hesab olunurdu və avtomobilin sığortalanması həmin kağızın müştəridə olması hesab edilirdi. Növbəti illərdə həmin müqavilələr elektronlaşdı. Müqavilə elektron formada mövcud olduqda PDF formasında əldə etmək mümkündür. Əvvəllər bu blanklar əl ilə yazılırdı. Artıq İcbari Sığorta Bürosunun Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiyası olduğu üçün müqavilə yazılarkən avtomobilin sadəcə dövlət qeydiyyat nömrəsi, sürücünün şəxsiyyət vəsiqəsinin FİN kodu və sürücülük vəsiqəsinin nömrəsinin daxil edilməsi kifayətdir. Ən əsas üstünlüyü isə əvvəl texniki səhvlərə görə sığorta müqaviləsi sistemə səhv düşürdüsə, artıq belə problemlər aradan qalxıb”.

“Bundan əlavə, avtomobillərin icbari sığortasında 2023-cü il oktyabrın 1-dən sığorta haqqının hesablanma qaydası dəyişib. Əvvəl avtomobilin icbari sığortası 2 əmsal əsasında hesablanırdı. Avtomobilin tipinə və hadisə keçmişinə görə əmsal tətbiq olunurdu. İndi isə 7 əmsala görə tətbiq olunur. Buna avtomobilin tipi, hadisə keçmişi, sürücülük təcrübəsi, sürücünün yaşı, avtomobilə görə olan etibarnamə və nəqliyyat vasitəsinin idarə olunduğu yer nəzərə alınır. Hüququ şəxslər əvvəl fiziki şəxslərə nisbətən 20% baha idi. İndi isə 40% əmsal tətbiq olunur” - deyə V.Bədəlov qeyd edib.

 Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI

19.12.2025

Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"

19.12.2025

"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb

19.12.2025

Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı

19.12.2025

Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq

19.12.2025
Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

Son 10 ildə Azərbaycanda sığorta bazarında nə dəyişib?

19.12.2025

ABŞ-da 2025-ci il üçün yaşamaq üçün ən yaxşı kiçik şəhərlər açıqlanıb

19.12.2025

Bu əməllərin törədilməsinə görə 30 min manat cərimə müəyyən edilir

19.12.2025

Kripto oğurluqlarının 76 faizi Şimali Koreya mənbəlidir - HESABAT

19.12.2025

“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”

19.12.2025

Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub

19.12.2025

TƏBİB-in tibb müəssisələrindən 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb

19.12.2025

Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

19.12.2025

Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı

19.12.2025

Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?

19.12.2025

Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə

19.12.2025

"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək

19.12.2025

Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?

19.12.2025

Sabahın hava proqnozu

19.12.2025

Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi

19.12.2025

Məzənnə

Yüklənir...