ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Redaktor

15.04.2025 18:16
263

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Qeyri-kommersiya təşkilatı olan "Fair Tax Foundation" (FTF) son on il ərzində ABŞ-ın altı ən iri texnologiya korporasiyasını ümumilikdə 278 milyard dollar vergi ödəməməkdə ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

FTF-in hesablamalarına əsasən, "Amazon", "Meta", "Alphabet", "Netflix", "Apple" və "Microsoft" ümumilikdə 11 trilyon dollar gəlir əldə ediblər. Bu müddətdə onların xalis mənfəəti isə 2,5 trilyon dollar təşkil edib.

Araşdırmaya görə, sözügedən şirkətlərin ABŞ-da ödədiyi orta vergi dərəcəsi 18,8% olub. Lakin əvvəlki vergi yayınmalarına görə edilmiş birdəfəlik ödənişlər istisna edildikdə, bu göstərici daha da azalır və cəmi 16,1%-ə enir. Müqayisə üçün qeyd olunur ki, bənzər gəlir səviyyəsinə malik digər Amerika şirkətləri orta hesabla 29,7% vergi ödəyiblər.

FTF-in məlumatına görə, ən aşağı vergi dərəcəsi "Netflix" şirkətinə məxsusdur - şirkət yalnız 14,7% mənfəət vergisi ödəyib. Ən yüksək göstərici isə "Microsoft" şirkətinə aiddir - son on ildə bu şirkət xalis mənfəətinin 20,4%-ni ABŞ büdcəsinə vergi kimi ödəyib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq

10.03.2026

Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb

10.03.2026

Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır

10.03.2026

"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"

10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"

10.03.2026

Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib

10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

Bakıda ötən il əməkhaqqı 1 381 manat olub

10.03.2026

Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub

10.03.2026

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

10.03.2026
"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

"Bitcoin"də tarixi mərhələ: 20 milyonuncu coin dövriyyəyə daxil oldu

10.03.2026

Ağdamda qonaq evi tikiləcək - milyonluq layihə

10.03.2026

Silah satışından ən çox pul qazanan ÖLKƏLƏR

10.03.2026

Rubl dəyərlənir

10.03.2026

Məzənnə

Yüklənir...