Redaktor
Aİ qaz idxalı üçün artıq pul ödəməyə məcbur oldu
Avropa İttifaqı (Aİ) Ukraynaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra qaz idxalı üçün təxminən 185 milyard avro ödəmək məcburiyyətində qalıb.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Statistika Təşkilatı (Eurostat) məlumat yayıb.
Məlumata görə, ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) idxalı xərcləri Avropa ev təsərrüfatlarının büdcəsinə təzyiqləri artırıb.
Bildirilib ki, Brüssel Moskvaya ilk dəfə məhdudiyyətlər qoymağa başladığı vaxtdan Aİ-nin orta aylıq qaz idxalı xərcləri 15,2 milyard avroya yüksəlib. Bunun 7,7 milyard avrosu mayeləşdirilmiş təbii qaza (LNG), qalan 7,5 milyard avrosu isə boru kəməri qazına xərclənib.
Beləliklə, Aİ-yə üzv dövlətlər 20 ay ərzində qaz idxalına ümumilikdə 304 milyard avro xərcləyiblər.
Qeyd edilib ki, Aİ-nin Rusiya enerjisinə alternativ tapmaq uğrunda mübarizəsindən bir sıra ölkələr faydalanıb: Böyük Britaniya (27 milyard avro), Norveç (24 milyard avro) və Əlcəzairdir (21 milyard avro).
© İqtisadiyyat.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇingiz Səfərli baş direktor təyin edildi - FOTO
25.02.2026Şokolad idxalı azalıb, xərclər isə artıb
25.02.2026"Landmark"ın keçmiş sahibi 10 aydır işçilərin maaşını ödəmir
25.02.2026Sabah bütün sosial müavinətlər ödəniləcək
25.02.2026Sığorta şirkətlərinin ödənişləri üzrə RENKİNQİ
25.02.2026100 milyard dollarlıq müqavilə: "Meta" AMD-yə ortaq olur
25.02.2026Anar Kərimova ABB-də daha bir vəzifə verildi
25.02.2026Sabah hava yağmursuz olacaq
25.02.2026İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
25.02.2026Maliyyə bazarını silkələyə biləcək iddia: "Stripe" "PayPal"ı ala bilər
25.02.202620 yaşlı Rəcəbov startap quraraq yarım milyon dollar investisiya aldı
25.02.2026Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edildi
25.02.2026Bayram qabağı çərəzlər bahalaşdı
25.02.2026Hansı banka pul yatırmaq sərfəlidir - “PAŞA Bank”, yoxsa "Bank Respublika"?
25.02.2026KOBİA sədri: "Əməkdaşları yalnız əməkhaqqı ilə motivasiya etmək mümkün deyil"
25.02.2026