Redaktor
"Bank BTB" son 3 ili ziyanla başa vurur, mənfəətə çıxa bilmir
"Bank BTB" bu ilin 9 ayını 493 min manat ziyanla başa vurub.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank bu il mənfəətə çıxa bilməyib.
Bankın faiz gəlirlərinin həcmi 23 milyon 288 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 845 min manat və ya 3,7% çoxdur.
“Bank BTB”nin qeyri-faiz gəlirlərinin həcmi 4 milyon 269 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24% və ya 827 min manat çoxdur.
Bankın faiz xərclərinin həcmi 14 milyon 174 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 % və ya 90 min manat azdır. Bu ilin hesabat dövründə bankın qeyri faiz xərclərinin həcmi 9 milyon 548 min manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2% və ya 323 min manat azdır.
2023-cü ilin 9 ayını "Bank BTB" 987 min manat zərərlə başa vurub.
2023-cü ilin 9 ayını bank 22 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 2 milyon 582 min manat çoxdur.
Bank 2022-ci ilin 9 ayında 19 milyon 861 min manat faiz gəliri əldə edib.
“Bank BTB”nin qeyri-faiz gəlirlərinin dəyəri 3 milyon 442 min manat təşkil edib ki, bu da 2022-cü ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 448 min manat azdır.
2022-ci ilin 9 ayında bankın qeyri-faiz gəlirlərinin dəyəri 3 milyon 890 min manat olub.
2023-cü ilin hesabat dövründə bankın faiz xərclərinin həcmi 14 milyon 84 min manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 1 milyon 774 min manat çoxdur.
2022-ci ildə bankın faiz xərclərinin həcmi 12 milyon 310 min manat olub.
Bu ilin hesabat dövründə bankın qeyri-faiz xərclərinin həcmi 9 milyon 871 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% və ya 990 min manat azdır.
2022-ci ildə bankın qeyri-faiz xərclərinin həcmi 10 milyon 861 min manat olub.
2022-ci ili bank 5 milyon 714 min manat ziyanla başa vurub.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu
23.01.2026“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT
23.01.2026"Rabitəbank" ASC açıq tender elan edir ®
23.01.2026Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu
23.01.2026İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq
23.01.2026Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır
23.01.2026Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB
23.01.2026Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®
23.01.2026“Mews” 300 milyon dollar investisiya alıb
23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ
23.01.2026Azərbaycanda almaz ticarətinin aparılması üçün tədbirlər görülür
23.01.2026Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?
23.01.2026Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam
23.01.2026