BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8043
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1135
26236

Talıbovların kreditli rüşvət piramidası 

Ötən yazımızda Vasif Talıbovun Naxçıvanda ürəyi istəmədiyi və xoşuna gəlməyən, ona yaxın olmayan adamlara iş görmək üçün imkan vermədyini yazmışdıq. Belə adamlardan biri də “Çınqıllı” suyunu ilk dəfə istehsal edib, onu Azərbaycanda və dünyanın bir sıra ölkəsində tanıdan, hər şeyi əlindən alınaraq müflis edilmiş, Naxçıvandan didərgin salınmış sahibkar Mənsur Əsgərlidir. 

Birinci Qarabağ müharibəsi veteranı olan Əsgərli həm ailəsinin, həm də ətrafındakılarının gələcəyini daha yüksək səviyyədə qurmaq üçün bir işə girişir. Amma yazıq Mənsur Əsgərli hardan biləydi ki, əvvəli sevincli və uğurlu görünən bu işin sonu onun müflisləşməsi və didərginliyi ilə bitəcək. Bu yazımızda Talıbovların onlara yaxın olmayan və boyun əyməyən bir sahibkara etdiyi zülmlərdən danışacağıq. 

“Çınqıllı” necə ortaya çıxdı... 

2007-ci ildə Mənsur Əsgərli Şahbuz rayonunun Keçili kəndində Çınqıllı bulağının yanında kiçik bir sex qurur. Bu sexdən gələn gəlirlə həm onun ailəsi, həm sexdə işləyənlər dolanacaqdı. Öncə işlər çox yaxşı gedir. Qazancın çoxaldığını görən sahibkar, dövlətdən 120 min manat kredit də götürərərək, 2009-cu ildə müasir avadanlıqlarla təchiz olunmuş zavod tikdirir. Bu zavodda avtomatik (əl dəymədən) qablaşdırma sistemi ilə istehsalı genişləndirir... 

Bu kreditin müqabilində sahibkar o vaxtkı İqtisadi İnkişaf naziri Famil Seyidova 24 min manat “şapka” verməyə məcbur edilir. Sahibkar deyir ki, əgər 20 faiz “şapka”nı verməsəydi ona heç bir qəpik də kredit verilməyəcəkdi. Amma verilən məbləğ bununla yekunlaşmır. Qeyri-rəsmi razılaşmaya görə, 2009-cu ildən 2014-cü ilə qədər Famil Seyidovun “Çınqıllı”dakı xüsusi payı olan “aylıq 500 manat paketi” də verilməliydi. Beləcə 2009-cu ildən fırlanan çarx hər kəsi qane edirdi. Bunun sayəsində də Mənsur Əsgərli “Çınqıllı” suyunun tanıtımını başlatmış, qısa vaxt ərzində “Çınqıllı” suyu Azərbaycanın hər yerində, həmçinin ölkə xaricində Qətər, Almaniya, İran və Türkiyədə tanıdılmışdı. Xarici ölkələrdən alınan laboratoriya cavabları “Çınqıllı”nın təbii bulaq suyu kimi nəinki Azərbaycanda Kiçik Qafqazda təmiz və saf su olduğu bilindi. Mənsur Əsgərlinin komandası çəkdiyi əziyyət sayəsində bu suyu Azərbaycanda brendə çevirdi. “Çınqıllı” ölkənin ən yüngül, saf suyu kimi məşhurlaşdı, Bakıda evlərə yol tapdı və evlərə çatdırılma xidməti yaradıldı. “Çınqıllı” suyunu alan hər bir vətəndaş onun necə möcüzəvi bir nemət olduğunu anladı. 

Kreditlərin zibilinə keçmək 

Mənsur Əsgərlinin kredit məsələsi 120 minlə yekunlaşmır. O müxtəlif illərdə müxtəlif məbləğlərdə ümumilikdə 250 min manat kredit götürür. Amma, təəssüflər olsun ki, bu kreditlərdən daha çox yararlanmaq, işini daha yüksək səviyyədə qurmağa çalışmaq istəyən sahibkar, müxtəlif təzyiqlərlə 47 min manat rüşvət verməyə məcbur edilir. 

Sahibkara ilk zərbə 2014-cü ildə Famil Seyidovun aylıq paketini axsatmağa başlayarkən dəyir. Paketinin kəsildiyini görən Famil Seyidov, keçmiş Vergilər naziri Əli Mahmudov tərəfndən “Çınqıllı”da yoxlamalara başlanmasının vacibliyini bildirir. Halbuki, bu həmin Əli Mahmudovdur ki, zavodda hər dəfə auidit və yoxlamalar adı altında təzyiq edərək sahibkardan ildə 12 min olmaqla, ümumilikdə 72 min “şapka” almışdı. 
Sahibkar Mənsur Əsgərli deyir: 

“Famil Seyidovun aylığını verə bilmədiyim üçün mənə təzyiqlərə başlanıldı. Vergilər, standartlaşma, Qida təhlükəsizliyi komitələrinə haqqımda şər, böhtanlar bildirərək obyektim dəfələrlə bağlatdırıldı, yoxlamalar göndərildi. Sonda şübhələrinə (elə bilirdi Talıbovlarla nəsə iş əlaqəm var) tam əmin olmaq üçün Famil Seyidovun "huzuruna" çağırtdırıldım. Uzun "söhbətdən" sonra "sən kimə arxayınsan belə qanun-manundan danışırsan deyə" sual etdikdə: - “Allahıma, öz qabiliyyətimə və dövlətimizin qanunlarına”, cavabını aldıqda mənim də otağımda “Quran” kitabı var" deyə özünü "imanlı" bir seyid kimi göstərmək istədi. Ancaq unutdu ki, vicdansız, rüşvətxor, baş kəsən bir məmurun imanı olmur. Elə məhz o gündən haqqımda "Müflisləşməli, məhv olmalıdır" qərarı verildi və şərləmə taktikasını işə saldı”. 

Sahibkarın müflisləşdirilmə siyasəti

Artıq yuxarılarda sahibkarın taleyi haqqında müflisləşdirilməli qərarı verilmişdi. Buna görə "rəhbərliyə" sahibkarın Naxçıvanda götürdüyü krediti Bakıda müəyyən işlərə yatırması haqqında (bu qətiyyən olmazdı) məlumat verildi.  

Buna görə Vergilər naziri Əli Mahmudovun "qanuni" audit yoxlaması başlanıldı. Ona görə qanuni ki, hər ilki yoxlamanın nəticəsi 10-15 min manat rüşvətlə yekunlaşırdı. Bu dəfəki yoxlamada isə müfəttiş bildirib ki, nazir mənə deyib qanuni yoxlayın və qanuni cəzalandırın. Belə çıxır ki, 6 illik yoxlamalar qanunsuz imiş. 9 aya yaxın qanuni yoxlama isə onların istədiyi nəticəni vermədi. Hətta sənədlərin doğruluğu ekspertizaya, məhkəməyə verildikdə aydın oldu ki, özlərini gülünc vəziyyətə salıblar. 

Ya oğlun, ya özün şərlənərək həbs ediləcəksən

“Yoxlamalardan əliboş çıxan “yuxarılar” sonda prokurorluq vasitəsilə ya oğlun, ya özün şərlənərək həbs olunacaqsan ismarıcını göndərdilər. İkinci yol isə bu idi ki, yazdığım iddiaları geri götürəcək və mənə yazılan 15.000 manat cərimə ilə razılaşacaqdım. Bu məbləğ isə əvvəl 80.400 manat idi. Əgər razılaşmasam, ya oğlumu, ya özümü şərləyib həbs edəcəkdilər deyə, razılaşmaq məcburiyyətində qaldım”, deyir Mənsur Əsgərli. 

Bundan sonra isə nümunəvi işləri ilə Naxçıvanda nüfuz və hörmət qazandığı “Palitra” şirkətinə dövlət sifarişlərinin (o vaxt tərtibat işlərini tikinti komitəsi aparırdı) verilməsinin qarşısı alındı. Bunun səbəbini isə Vasif Talıbova vergi ödəmir deyə izah etdilər. Hansı ki, həmin il sahibkar tərəfindən dövlətə 35.000 manat vergi ödənişi edilmişdi. Ümumilikdə 2008-2015-ci illər ərzində sahibkar tərəfindən dövlətə 400.000 manata yaxın vergi ödənmişdi. 

Əhməd Əhmədovun iş adamlarına qarşı amansız işgəncələri

Sahibkar kredit götürərkən kredit müqaviləsinə görə "Palitra-7"nin əmlakını girov qoymuşdu. Bank əmlakı 250.000 manat dəyərləndirsə də, Mənsur Əsgərliyə 120.000 manat kredit vermişdi. Amma sahibkara girov qoyduğu əmlakla deyil, 1 milyon 200 min vəsait və 10 il əmək qoyulan “Çınqıllı” zavodu və qaynatasına məxsus evin satdırılması ilə bağlı polis tərəfindən təzyiq edilir. O vaxtkı daxili işlər naziri əzazil Əhməd Əhmədovun əmriylə qanunsuz, heç bir əsas olmadan Mənsur Əsgərli həbs olunur:  

“Hər dəfə 2-3-5 gün "KPZ"yə salındım, işgəncələrə məruz qaldım. 300-500 manat da orda alıb 15-20 gün buraxır sonra yenə tuturdular. Hətta 2 dəfə qardaşımı da həbs etdilər. Naxçıvandan çıxışıma qadağa qoyuldu. Bu müsibət çox uzun mövzudur, yaşatdıqları mənəvi və fiziki təzyiq faciyə idi. Sonda 250.000 manat dəyər qoyulan "Palitra"nın əmlakı 80.000 manat borcum müqabilində əlimdən alınıb, satdırıldı”, deyən sahibkar o günləri ağrı-acı ilə xatırlayır.

“Çınqıllı”nın sahibkarın əlindən çıxarılması planı

“2017-ci ildə aydın oldu “Çınqıllı” əlimdən alınmalıdı. Onların əsas planı bu idi. Dəfələrlə “Çınqıllı”nı almaq üçün müxtəlf öyrədilmiş adamlar tərəfindən 30 mindən, maksimum 100 min manata qədər pul təklif etdilər. Sonda başa sala bildim ki, “Çınqıllı”nın əmlakı rəsmi sənədləşməyib nəyi satdırırsız. Beləcə bu təqib dayandı. Bir gün Naxçıvandakı Pivə zavodun rəhbəri Seyfəddin Rəhimovun vasitəsilə Bayraməli Gülmalıyevdən (Bakıda vergidə işləyirdi. Rüşvət almaqda ad çıxarmışdı.) mənə zəng gəldi və şəriklik təklif etdi. Borclarımın çoxluğu və çətin vəziyyətdə olduğumu, “Çınqıllı”nı işlətmək gücümün tükəndiyini (xammal ala bilmirdim) bilirdilər. Bu təklifi qəbul etdim. Zavoddakı payımın 50 faizini satdım. Vəsaiti isə özüm xərcləmədim, “Çınqıllı”nın inkişafına qoyduq. Heç üstündən 1 il keçmədi ki, Bayraməli hər ay bir oyun çıxardı: gündə bir müdir gətirirdi ki, bu adam mənim adamımdır, bu, direktor olacaq. Biri turmenşik, biri kanalizasiya işçisi, biri maşennik... Bütün bunlar planlı imiş. Məqsəd mənim zavodu satmağım imiş. Nəhayət, o qədər bezdirdilər ki zavodu satmaq məcburiyyətində qaldım. 2017-ci ilə qədər 1 milyon 200 min vəsait qoyduğum Çınqıllını 300 min manata Bayraməli Gülmalıyev və Seyfəddin Rəhimov aldı. (Seyfəddin Rəhimov Famillə əlbir işləyirdi.) O, 300.000 manatla da mən borclarımdan – Famil kimilərə verdiyim 270.000 manat rüşvət və fazilərdən qurtardım”, – deyir sahibkar. 

“Çınqıllı”nın sahibinin verdiyi rüşvətlər

1. Famil Seyidov, Naxçıvan İqtisadi inkişaf naziri - 83.000 manat 
2. Malik Rzayev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədri - 97.000
3. Bəxtiyar İsmayılov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sonrakı sədri - 10.000
4. Əli Mahmudov Vergilər naziri - 72.000 manat soydu.
5. Rəfail Babayev Şahbuz rayon icra başçısı - 8000 manat 

Deməli, Naxçıvanda Talıbovlara yaxın olmayan iş adamlarının aqibəti çox faciəvi sonluqla bitə bilərmiş. Bunda təkcə Talıbovar deyil, onun ətrafındakı nazirlər, komitə sədrləri də günahkardır. “Çınıllı”nın sahibkarından 250 min manat rüşvət alan məmurlar görəsən başqalarından nələr aıblar… 

Bizi izəyin…

Elmar Hüseynov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu adamlar iqlim dəyişikliyi ilə mübarizə üçün pul ödəməyə hazırdır (SORĞU)

Naxçıvan Dövlət Universitetinin xəstəxanası yanğın təhlükəsizliyini pozub?

Rusiyanın asanlıqla əldə edilə bilən neft və qaz ehtiyatları tükənib

"Asel Kredit" külli miqdarda cərimələnə bilər

"Tesla"nın səhmləri ucuzlaşıb, mövqeyi zəifləyir

Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar (SİYAHI)

Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar (SİYAHI)

Etirazlar nəticə verdi: Kanar adalarında turizm qaydaları sərtləşdirilir

"Azerstar" ölkədən çıxardığı valyutanı geri qaytarmayıb

"Raiffeisen Bank" Rusiyada qalmaq planları ilə bağlı xəbərləri təkzib etdi

Stimul Hospital 8 min manat cərimələnə bilər

Polyaklar yeni sxem hazırladılar - Ukraynalılar üçün hansı risklər var?

Rusiya və Ukrayna Qara dənizdə gəmiçiliklə bağlı razılığa gəlibmiş... - Reuters

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Gəncə Şəhər Təhsil İdarəsi məhkəmə qarşısında

Zaporojye AES təhlükəli dərəcədə qəzaya yaxındır - MAQATE

"Forbes" dünyanın ən zəngin 10 varisinin adını açıqladı - Birinci kimdir?

Baş nazirdən tibb işçiləri ilə bağlı yeni qərar

İlon Musk yeni X istifadəçilərindən pul almaq istəyir

Azərbaycanda taksi qiymətləri yenidən bahalaşdı – Eyni yola 1 manat daha artıq

"Bank of Baku" 2024-cü ilə pis başlayıb, əvvəlki kimi qazana bilmir - Təhlil

Dərsliklər monitorinq ediləcək – DİM-lə nazirlik arasında 219 minlik müqavilə

Dərsliklər monitorinq ediləcək – DİM-lə nazirlik arasında 219 minlik müqavilə

ƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli?

Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb

AMB: 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Bakıda bu 9 məktəbli maksimum nəticə göstərib (FOTO)

AÇG-də yeni ACE platformasından hasilata başlanılıb

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib ®

Mərkəzi Bank məhkəməyə verildi - Səbəb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin