Redaktor
“OpenAI”ın illik gəliri 12 milyard dollara çatdı
Süni intellekt texnologiyaları üzrə ixtisaslaşan və "ChatGPT" platformasının yaradıcısı olan "OpenAI" 2025-ci ilin ilk yeddi ayı ərzində gəlirlərini iki dəfəyə yaxın artıraraq illik 12 milyard dollarlıq gəlir səviyyəsinə çatıb.
Valyuta.az xarici sayta əsasən xəbər verir ki, bu göstərici şirkətin hər ay təxminən 1 milyard dollar gəlir əldə etdiyini göstərir. "ChatGPT" məhsullarından həm fərdi istifadəçilər, həm də korporativ müştərilər faydalanır və platformanın həftəlik aktiv istifadəçi sayı təxminən 700 milyondur.
“Microsoft”un dəstəklədiyi "OpenAI" şirkətinin xərclərinin də artdığı bildirilir. Belə ki, 2025-ci il üçün xərclər təxminən 8 milyard dollara çatacaq, bu da ilin əvvəlindəki proqnozdan 1 milyard dollar artıqdır.
Məlumata görə, "OpenAI" maliyyələşdirmə prosesinin ikinci mərhələsi çərçivəsində 30 milyard dollarlıq yeni sərmayə cəlb etməyi planlaşdırır. Bu mərhələdə "Sequoia Capital" və "Tiger Global Management" kimi mövcud səhmdarlar yüz milyonlarla dollar həcmində sərmayə qoyur.
Yaponiyanın "SoftBank" şirkəti istisna olmaqla digər investorlar artıq bu mərhələ üçün 7,5 milyard dollarlıq öhdəlikləri yekunlaşdırmaq üzrədirlər. "SoftBank"ın "OpenAI"yə ümumi sərmayəsi 2024-cü ilin payızında başlayan əməkdaşlıqdan bu yana 32 milyard dollara çatıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Kraken" "Fed" sisteminə çıxış əldə edən ilk kripto birjası oldu
04.03.2026Azərbaycan şabalıdı Rusiyaya neçəyə satır?
04.03.2026“Azərpoçt”un keçmiş əməkdaşına “PASHA Bank”da vəzifə verildi
04.03.2026Prezident onları təltif edib
04.03.2026Fərid Bağırzadə nazir təyin olundu
04.03.2026Maliyyə institutlarının depozitləri 1 milyard manatdan çox artıb
04.03.2026ADY-nin departament müdiri işdən çıxdı
04.03.2026Azərbaycanda pambıq lifi ixracı 2 milyon dollar artıb
04.03.2026Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
04.03.2026"Apple" ucuz noutbuk modelini təqdim edə bilər - Qiymət
04.03.2026Gənc istedadlara xüsusi təqaüdlər verilməsi üçün 62 min manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
04.03.2026Prezident İlham Əliyev İranın səfirliyində olub, başsağlığı verib
04.03.2026"Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər"
04.03.2026Həyatın ölüm halından sığortasında yığımlar artıb
04.03.2026