Z nəsli müdir olmaq istəmir

Redaktor

02.02.2026 13:20
74

Z nəsli müdir olmaq istəmir

Uzun illər boyu iş dünyasında irəliyə getmənin bir yolu var idi. Qrupu idarə etmək, daha çox məsuliyyət götürmək, iyerarxiyada yuxarı çıxmaq. İdarəçi olmaq status, uğur və profesional yetkinliyin təbii nəticəsi olaraq görülürdü. Ancaq bu məsələ artıq həll olunur. Z nəsli karyerada yüksəlməyi idarəetmə ilə əlaqələndirmir və bu dəyişim şirkətlərin liderlik anlayışını başdan düşünməyə vadar edir. 

Gənclərin 40 faizi rəhbər olmaq istəmir

Konsaltinq şirkətindəki Robert Halfın yayımladığı son araşdırma, bu dəyişimin mövqeyini açıq şəkildə ortaya qoyur. Araşdırmaya görə Z nəslinə mənsub olan gənc profesionalların 40 faizi vəzifə yüksəlişi təklifini ancaq qrupa rəhbərlik etməmək şərti ilə qəbul edir. Üstəlik tablo bununla da bitmir. Müraciət edənlərin 31 faizi karyerada irəliləyiş istədiklərini ancaq bunu rəhbər vəzifədə olmadan etmək istədiklərini dilə gətiriblər. 22 faizi isə vəzifə irəliləyişinə dair motivasiyası olmadığını bildirib. 

Araşdırmanın işarə etdiyi təməl göstəricilərdən biri isə, idarəetmə rolunun artan yüküdür. Orta pillədə idarəçilik, artan məsuliyyət, duyğusal əmək, daim əlçatan olmaq və limitli dəstəklə birgə başa düşülür. Z nəsli, iş həyatına addım atdığı ilk illərdə bu məsuliyyəti yaxından görür və uzun müddət udarəçi kimi çalışmağı hədəf olaraq görməkdə həvəssiz olur. 

Şirkətlər gəncləri niyə itirir?

İqtisadi bilinməzlik və iş-həyat balansına verilən önəm də bu seçimi gücləndirir. Z nəsli üçün uğur yalnız vəzifə və ünvan deyil. Anlamlı bir iş, davamlı temp, şəxsi balans, karyera qərarlarında önəmli rol oynayır. Texnologiyanın bizə verdiyi yeni çalışma yolları və ixtisaslaşma üzərində qurulan karyeralar, qrup idarəsindən də yüksək əlavə dəyər qatmanın mümkün olduğunu göstərir. 

Bu tendensiya, şirkətləri yeni karyera və liderlik modelləri yaratmağa vadar edir. Robert Half xüsusilə, paralel karyera yollarının önə çıxdığını qeyd edir. İxtisaslaşmaya əsaslanan rollar, layihə rəhbərliyi, mentorluq və strateji məsləhətçi kimi vəzifələr, idarəçi omadan da irəliləmənin və təsir yaratmağın önünü açır. Araşdırmanın ortaya qoyduğu nəticə aydındır: Z nəsli üçün karyerada irəliləmək yalnız bir yoldan keçmir. Liderlik insan insan idarəsi ilə məhdud olan bir fikirdən çıxarkən, şirkətlərin bu dəyişimə ayaq uydurmaması istedadlı gəncləri itirilməsi riskinə gətirib çıxarır. 


Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02.02.2026

Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri

02.02.2026

Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır

02.02.2026

Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb

02.02.2026

Minimum əməkhaqqına hər il baxılacaq

02.02.2026

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®

02.02.2026

İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?

02.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

02.02.2026

İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr

02.02.2026

Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

02.02.2026

İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı

02.02.2026

Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb

02.02.2026

“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir

02.02.2026

Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir

02.02.2026

Z nəsli müdir olmaq istəmir

02.02.2026

Sabahın hava proqnozu

02.02.2026

Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq

02.02.2026

Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?

02.02.2026

Rabitəbankda yeni təyinat ®

02.02.2026
"Hündürmərtəbəli binada 1 otaqlı mənzil qiymətinə iki mərtəbəli ev tikmək olar"

"Hündürmərtəbəli binada 1 otaqlı mənzil qiymətinə iki mərtəbəli ev tikmək olar" - Ekspert

02.02.2026

Məzənnə

Yüklənir...