Redaktor
"Hündürmərtəbəli binada 1 otaqlı mənzil qiymətinə iki mərtəbəli ev tikmək olar" - Ekspert
Əlinə keçən maaşı illərlə yığmaq, bankla uzunmüddətli ipoteka müqaviləsinə girmək, yoxsa “öz evimi özüm tikim” deyib sıfırdan başlamaq… Ev sahibi olmaq istəyən hər kəs bir nöqtədə bu üç yolun arasında qalır.
Bəs həqiqətən ən ucuz variant hansıdır, yoxsa ucuz görünən yol sonradan daha baha başa gəlir?
Əmlak üzrə ekspert Elnur Fərzəliyev Valyuta.az-a bildirir ki, son illər ölkənin daşınmaz əmlak bazarında, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərdə əmlak qiymətlərində kəskin artımlar müşahidə olunur:
"Əmlakların satış qiymətlərinin artması səbəbindən, son 5 ilin statistikasına əsasən, satılan daşınmaz əmlakların – xüsusən də çıxarışlı daşınmaz əmlakların – 60 faizdən çoxu müxtəlif növ kredit şərtləri ilə satılır. Buna əsas səbəb əmlakların satış qiymətlərinin yüksək olması və vətəndaşların əlində nağd vəsaitin olmamasıdır. Bu səbəbdən, kreditlə satılan mənzillərə daha çox müraciət edilir".
"Digər tərəfdən, fərdi yaşayış evlərinə nəzər salsaq, onların qiymətləri müxtəlif formalarda dəyişir. Tikinti xərcləri hər yerdə eyni standartlara uyğun olsa da, tikintinin maya dəyərini artıran əsas amil torpaq sahəsinin qiymətidir. Bəzi ərazilərdə torpağın bir sotu təxminən 2 000-3 000 manat təşkil etdiyi halda, şəhərin mərkəzinə yaxın ərazilərdə bu rəqəm bir neçə yüz min manata qədər yüksələ bilir. Nəticədə, torpaq qiymətinin yüksək olduğu ərazilərdə mənzilin ümumi maya dəyəri də daha baha olur.
Bu baxımdan, çox sayda insan nağd vəsaitin olmaması səbəbindən fərdi yaşayış evlərini hissə-hissə inşa etdirir: əvvəlcə torpaq sahəsi alır, sonra müəyyən büdcə toplayaraq tikintinin ilkin işlərini, daha sonra isə təmir işlərini həyata keçirirlər. Təbii ki, görülən bütün işlər – istər nağd, istər kreditlə, istərsə də fərdi inşaat yolu ilə vətəndaşların maddi imkanlarına uyğun şəkildə aparılır. Hər bir vətəndaş öz büdcəsinə uyğun olaraq əmlak sahibi olmağa çalışır" - deyə ekspert bildirir.

Elnur Fərzəliyev fərdi yaşayış evlərinin, xüsusən də çıxarışsız olanların satış qiymətlərində daha çox artım müşahidə olunduğunu qeyd edir:
"Belə evlər minimum 25 000 manatdan başlayan qiymətlərlə təklif olunur. Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi mövcuddur. Onların böyük bir hissəsi az təminatlı ailələr tərəfindən inşa olunub. Bu ailələr çoxmənzilli binalardan mənzil ala bilmədikləri üçün torpaq sahəsi alaraq, həmin sahədə maddi imkanlarına uyğun fərdi yaşayış evləri tikiblər. Riskli məqam ondan ibarətdir ki, torpaq alarkən mütləq çıxarışlı olmalıdır. Əks halda, gələcəkdə hüquqi problemlərlə qarşılaşmaq mümkündür. Bu səbəbdən, çıxarışlı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahələrinin qiyməti digər torpaqlardan daha yüksək olur. Hazırda paytaxt Bakının mərkəzə yaxın ərazilərində 1 otaqlı köhnə tikililərdə mənzillərin satış qiyməti 100 000 manatdan yuxarıdır. Halbuki vətəndaş eyni məbləğə torpaq sahəsi üzərində daha böyük – iki mərtəbəli – fərdi yaşayış evi inşa edib, təmir edərək orada yaşaya bilər. Bu isə otaq sayının daha çox olması və büdcəyə qənaət baxımından daha sərfəlidir".
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
02.02.2026Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri
02.02.2026Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır
02.02.2026Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb
02.02.2026Minimum əməkhaqqına hər il baxılacaq
02.02.2026Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®
02.02.2026İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?
02.02.2026“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
02.02.2026İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr
02.02.2026Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"
02.02.2026İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı
02.02.2026Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb
02.02.2026“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir
02.02.2026Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir
02.02.2026Z nəsli müdir olmaq istəmir
02.02.2026Sabahın hava proqnozu
02.02.2026Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq
02.02.2026Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?
02.02.2026Rabitəbankda yeni təyinat ®
02.02.2026