Redaktor
Rabitəbankda yeni təyinat ®
“Rabitəbank” ASC-nin İdarə Heyətinin qərarına əsasən, Anar Tağıyev fevralın 2-dən etibarən bankın Maliyyə üzrə İcraçı direktoru vəzifəsinə təyin olunub.
Anar Tağıyev bank və maliyyə sektorunda peşəkar fəaliyyətinə 2010-cu ildən başlayıb. Müxtəlif dövrlərdə müştəri xidmətləri, mühasibatlıq, maliyyə nəzarəti və büdcə idarəçiliyi sahələrində çalışaraq həm regional, həm də mərkəzi strukturlarda məsul vəzifələri icra edib. Eyni zamanda, dövlət qurumlarında layihələrin idarə olunması və maliyyə məsləhətçiliyi istiqamətlərində fəaliyyət göstərib. Bu dövr ərzində maliyyə nəzarəti, uçot, strateji planlaşdırma və institusional maliyyə idarəetməsi üzrə geniş praktiki təcrübə qazanıb.
2021-ci ildən “Rabitəbank” ASC-də Maliyyə Menecmenti departamentinin rəhbəri kimi fəaliyyət göstərən Anar Tağıyev bankın maliyyə strategiyasının hazırlanması və icrasında, maliyyə dayanıqlılığının qorunmasında və effektiv resurs idarəçiliyinin təmin olunmasında mühüm rol oynayıb.
Yeni vəzifəsində o, “Rabitəbank”ın maliyyə idarəetmə modelinin daha da təkmilləşdirilməsi, bankın strateji inkişaf prioritetlərinin maliyyə baxımından effektiv şəkildə dəstəklənməsi və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
02.02.2026Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri
02.02.2026Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır
02.02.2026Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb
02.02.2026Minimum əməkhaqqına hər il baxılacaq
02.02.2026Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®
02.02.2026İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?
02.02.2026“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
02.02.2026İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr
02.02.2026Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"
02.02.2026İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı
02.02.2026Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb
02.02.2026“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir
02.02.2026Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir
02.02.2026Z nəsli müdir olmaq istəmir
02.02.2026Sabahın hava proqnozu
02.02.2026Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq
02.02.2026Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?
02.02.2026Rabitəbankda yeni təyinat ®
02.02.2026