Minimum əməkhaqqına hər il baxılacaq

Redaktor

02.02.2026 15:45
39

Minimum əməkhaqqına hər il baxılacaq

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Valyuta.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsində əksini tapıb. 

Dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir.

Bu xüsusda, Dünya Bankı Qrupunun "Business Ready" hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.

Qeyd olunanlar nəzərə alınaraq Baş nazirin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı "Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması" tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.

Bildirilib ki, layihənin qəbulu ölkədə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Əmrulla Kərimov “Xalq Sığorta”da rəhbər vəzifəyə təyin edildi

02.02.2026

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02.02.2026

Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri

02.02.2026

Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır

02.02.2026

Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb

02.02.2026

Minimum əməkhaqqına hər il baxılacaq

02.02.2026

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®

02.02.2026

İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?

02.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

02.02.2026

İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr

02.02.2026

Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

02.02.2026

İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı

02.02.2026

Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb

02.02.2026

“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir

02.02.2026

Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir

02.02.2026

Z nəsli müdir olmaq istəmir

02.02.2026

Sabahın hava proqnozu

02.02.2026

Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq

02.02.2026

Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?

02.02.2026

Rabitəbankda yeni təyinat ®

02.02.2026

Məzənnə

Yüklənir...