Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

Redaktor

02.02.2026 14:53
52

Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

Azərbaycanda son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artıb.

Valyuta.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bildirib.

Baş direktor qeyd edib ki, əhalinin banklarda olan əmanətlərinin həcmində də davamlı artım müşahidə olunur: "Son 2 ildə bankların əmanət portfeli 30 % və ya 3,7 milyard manat artaraq 16,3 milyard manat təşkil edib. Sevindirici haldır ki, əmanətlərin mütləq artımı ilə yanaşı, yeni əmanətçilərin sayında da müsbət dinamika müşahidə olunur. Nəticədə, 2025-ci ildə müvafiq göstərici 29 % və ya 43,6 min nəfər artaraq 194,1 min nəfərə çatıb. Bank sektoruna artan inamın mühüm göstəricilərindən biri də dollarlaşma meyillərinin azalmasıdır. Qeyd edək ki, 2025-ci ilin sonuna bankların kredit və fiziki şəxslərin əmanət portfellərinin dollarlaşması müvafiq olaraq 14,2 % və 31,5 % olmaqla, tarixi minimum göstərici səviyyəsindədir".

Onun sözlərinə görə, 2025-ci ilin sonuna bank sektoru üzrə kapital adekvatlığı göstəricisi minimum requlyativ normativi 2 dəfəyə yaxın üstələyir ki, bu da sektorun yaxşı kapitallaşması deməkdir: "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın ötən 2 ili (2024-cü və 2025-ci il) ərzində bankların aktivləri 16 %-dən çox artaraq 57 milyard manatı üstələyib. Bankların aktivlərinin ÜDM-ə nisbəti cari strateji dövrdə 4 faiz bəndindən çox artaraq 44 %-i keçib. Sektorun kredit portfeli son 2 ildə 30 % artaraq 30 milyard manatı üstələyib. Bankların biznes kreditlərinin ümumi həcmi 2004–2025-ci illər ərzində 28 % artaraq 16,1 milyard manatı ötüb".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

02.02.2026

Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri

02.02.2026

Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır

02.02.2026

Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb

02.02.2026

Minimum əməkhaqqına hər il baxılacaq

02.02.2026

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®

02.02.2026

İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?

02.02.2026

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

02.02.2026

İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr

02.02.2026

Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"

02.02.2026

İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı

02.02.2026

Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb

02.02.2026

“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir

02.02.2026

Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir

02.02.2026

Z nəsli müdir olmaq istəmir

02.02.2026

Sabahın hava proqnozu

02.02.2026

Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq

02.02.2026

Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?

02.02.2026

Rabitəbankda yeni təyinat ®

02.02.2026
"Hündürmərtəbəli binada 1 otaqlı mənzil qiymətinə iki mərtəbəli ev tikmək olar"

"Hündürmərtəbəli binada 1 otaqlı mənzil qiymətinə iki mərtəbəli ev tikmək olar" - Ekspert

02.02.2026

Məzənnə

Yüklənir...