Redaktor
Yaponiya tarixində ən böyük satılma həyata keçə bilər: 47 milyard dollar təklif edildi
"7-Eleven" mağazalarının sahibi "Seven & i Holdings" şirkəti, Kanadanın "Alimentation Couche-Tard" şirkəti ilə 47 milyard dollarlıq satınalma təklifi üzrə danışıqlara başlayıb.
Valyuta.az xəbər verir ki, bu müqavilə baş tutarsa, Yaponiyanın tarixində ən böyük satınalma əməliyyatı olacaq.
Məlumatlara görə, kanadalı şirkətin dünyanın ən böyük mağaza şəbəkəsi idarəçilərindən birini almaq marağı iyirmi ildən çoxdur mövcuddur. "Alimentation Couche-Tard"ın "Seven & i"ni rəsmi almaq istəyi isə avqust ayında ictimaiyyətə elan edilmişdi. Əgər razılaşma baş tutarsa, bu, Yaponiyada bu günə qədər olan ən böyük satınalma müqaviləsi kimi tarixə düşəcək.
Mövzuya yaxın mənbələrə əsasən, hər iki şirkətin məsləhətçiləri arasında ilkin və məhdud görüşlərə başlanılıb. Bununla yanaşı, "Seven & i" Çərşənbə günü Tokio Fond Birjasına açıqlamasında, şirkətin qurucusu İto ailəsinin üzvləri tərəfindən idarə olunan alternativ bir satınalma təklifi aldığını bildirib. Şirkət bu təklifin "məxfi və məcburi xarakter daşımadığını" vurğulayıb.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026
"Məqsədsiz pul yığmaq bəzən daxili qorxuların nəticəsi olur"
10.03.2026Bakıda pərakəndə ticarət dövriyyəsi 3 milyard manatı keçib
10.03.2026
Bakıda ötən il əməkhaqqı 1 381 manat olub
10.03.2026Qazaxıstandan olan "Armeta" startapı ABŞ-ın aparıcı akseleratorlarından birinə daxil olub
10.03.2026Azərbaycan neftinin qiyməti 103 dolları ötüb
10.03.2026