Yanvar ayında həyatını sığortalatdıranların sayı 38% artıb

Redaktor

21.03.2025 01:54
549

Yanvar ayında həyatını sığortalatdıranların sayı 38% artıb

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası üzrə 55 milyon 615 min manat sığorta haqqı toplanıb.                            

Valyuta.az xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 milyon 443 min manat və ya 38,4% çoxdur.

Qeyd edək ki, ötən ilin hesabat dövründə həyat sığortası üzrə 40 milyon 172 min manat sığorta haqqı toplanıb.        

Bu ilin hesabat dövründə həyat sığortası üzrə 29 milyon 88 min manat ödənişlər edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 milyon 529 min manat və ya 34,9% çoxdur.

2024-cü ilin yanvar ayında həyat sığortası üzrə ödənişlərin həcmi 21 milyon 559 min manat olub.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...