Redaktor
Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
Bakıda üzərində fərdi yaşayış evləri tikilmiş su xətti ləğv edilir, kənardan yenisi çəkilir.
Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, UPD qəsəbəsi, Rəşid Bağırov küçəsi 36 ünvanında kollektorda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
İş icraçılarının bildirdiyinə görə, artıq tullantı və içməli su xətləri bir-birindən ayrılıb.
Sakinlərin sözlərinə görə, fevralın 20-də içməli suyun verilməsi planlaşdırılsa da, aparılan təmir işlərinə görə, suyun tam verilməsi hələ də təmin edilməyib.
Qəsəbə sakinlərinin bəziləri mövcud vəziyyətdən narazı olduqlarını bildiriblər. Onlar deyirlər ki, qəsəbənin bir hissəsinə maşınlar vasitəsilə su paylansa da, digər yerlərdə yaşayan sakinlərə heç bir köməklik göstərilməyib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında üzərində fərdi yaşayış evləri tikilmiş, diametri 500 mm olan magistral su xəttini kənar ərazidən çəkərək yenisi ilə əvəzlənməsi işləri tamamlanıb, hazırda daxili şəbəkələrə qoşulma prosesi icra olunur. Abonentlərin xeyli hissəsinin su təminatı bərpa olunub, qısa zamanda işlərin tam yekunlaşması planlaşdırılır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərXətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO
21.02.2026Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı
21.02.2026Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək
21.02.2026700 min dollarlıq işini tərk etdi
21.02.2026Hazır biznes satışa çıxarılır - Qiymət
21.02.2026Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR
21.02.2026Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb
21.02.2026Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi
21.02.2026