Xarici təcrübəli kadrlara yüksək əməkhaqqı: “Ədalətli maaş yalnız beynəlxalq təcrübə ilə təyin edilmir”

Redaktor

04.02.2025 17:44
472

Xarici təcrübəli kadrlara yüksək əməkhaqqı: “Ədalətli maaş yalnız beynəlxalq təcrübə ilə təyin edilmir”

Şirkətlər eyni vəzifə üçün əməkdaş götürərkən maaşla bağlı fərqli situasiya yarana bilir. Xaricdə iş təcrübəsi olan şəxsə yüksək maaş verilir, amma xaricdə işləməyən birinə isə eyni vəzifə üçün aşağı maaş təyin olunur. Sırf xarici təcrübə var deyə, maaş fərqindəki bu yanaşmanı nə dərəcdə doğru hesab etmək olar?

    ⇒ Daha çox xəbər üçün Telegram kanalımıza abunə olun

Mövzu ilə bağlı Valyuta.az-a danışan Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, maaş fərqlərinin ədalətli olması üçün yalnız beynəlxalq təcrübə deyil, işçinin real bacarıqları və şirkətə qatdığı dəyər də nəzərə alınmalıdır:

“Şirkətlər işçilərin maaş səviyyəsini müəyyən edərkən bəzi amilləri mütləq nəzərə almalıdır. Məsələn, iş üçün tələb olunan spesifik texniki və davranış səriştələrinə baxılmalıdır. Daha ixtisaslaşmış və inkişaf etmiş bacarıqlar daha yüksək maaş deməkdir. İş təcrübəsi də önəmli məsələdir. Müraciət edilən sahə üzrə daha çox və əhatəli təcrübəyə malik olan şəxslər adətən daha yüksək maaş alırlar. Təhsil səviyyəsi və sahə üzrə beynəlxalq sertifikatlar - yüksək təhsil və xüsusi sertifikatlar daha yaxşı maaş təklifinə əsasdır.

Beynəlxalq təcrübəyə əsaslanan maaş təyini ədalətsiz ola bilər. Beynəlxalq təcrübə bir şəxsi avtomatik olaraq daha bacarıqlı etmir. Yerli işçilər də beynəlxalq layihələrdə iştirak etməklə, xarici təlimlərə qoşulmaqla və virtual əməkdaşlıq yolu ilə eyni dəyəri qazana bilərlər.

Yəni, maaş fərqləri bacarıq, təcrübə və real töhfə üzərində qurulmalıdır, yalnız xaricdə işləmək faktına görə yox. Beynəlxalq təcrübə üstünlük təşkil edə bilər, amma yerli mütəxəssislərə də beynəlxalq layihələr və təlimlərlə inkişaf fürsətləri yaradılmalıdır ki, əmək bazarında ədalətli və rəqabətədavamlı sistem formalaşsın”.

“Ona görə yüksək maaş təklif edilir ki...”

Xaricdə işləyib qayıtmağın bizə hansı üstünlüklər qatdığı haqqında danışan E.Hüseynov bu fərqləri bir neçə aspektdən izah edib:

“Müxtəlif ölkələrdə və sahələrdə işləmiş insanlar ənənəvi yanaşmadan kənara çıxaraq fərqli iş üsullarını təcrübədən keçirir, müxtəlif mədəniyyətlərdə proseslərin necə işlədiyini yaxından öyrənirlər. Belə kadrlar yalnız standart qaydalara əməl etməklə kifayətlənmir, onları təhlil edir, daha effektiv yollar tapır və işə öz təcrübələri ilə yanaşı yeniliklər gətirirlər. Məsələn, onlar proseslərə daha geniş və fərqli baxış bucağından yanaşa bilirlər.

Buna görə də şirkətlər xarici bazarda iş təcrübəsi olan namizədlərə daha yüksək maaş təklif etməyə meyillidirlər. Çünki belə mütəxəssislər qlobal düşünə bilir, innovativ ideyalar təqdim edir və xarici iş mühitində uğurlu təcrübələri tətbiq edərək şirkətə əlavə dəyər qatmaq potensialına malikdirlər.

Xaricdə işləyib qayıdanlar təkcə yeni biliklər deyil, həm də daha geniş strateji düşüncə və uğurlu beynəlxalq təcrübələr gətirərək şirkətin inkişafına real töhfə verə bilərlər”.

“Qlobal düşünən şirkətlər yerli bazarda uğur qazanır”

E.Hüseynov deyib ki, xarici təcrübəyə malik şəxslərin daha yüksək maaşla işə götürülməsi strateji investisiya sayıla bilər:

“Belə kadrlar qlobal təcrübə, innovativ düşüncə və çeviklik gətirərək şirkətin rəqabətədavamlılığını və effektivliyini artırır. Beynəlxalq bazar bilikləri, resursların düzgün idarə olunması və müxtəlif perspektivlər şirkətə yeni imkanlar yaratmağa, qlobal əməkdaşlıqları gücləndirməyə kömək edir. Eyni zamanda, onlar yerli komandaya mentorluq edərək iş proseslərini təkmilləşdirir və yenilikləri tətbiq etməyə dəstək olurlar.

Sürətlə dəyişən dünyada qlobal düşünən şirkətlər yerli bazarda uğur qazanır. Məsələn, bir texnologiya startapı Avropada işləyən bir PR və kommunikasiya mütəxəssisini işə götürür. Onun beynəlxalq media və tədbirlərlə əlaqələri olduğu üçün şirkət qısa müddətdə qlobal arenada tanınır və Avropa investorlarının diqqətini çəkir”.

“Rəqabətə davamlı şirkətlər daxili istedadları da inkişaf etdirir”

Sonda E.Hüseynov qlobal təcrübəni qiymətləndirərkən yerli istedadları unutmamağın da vacib olduğunu vurğulayıb: 

“Yerli işçilərə beynəlxalq proqramlarda iştirak etmək, qlobal layihələrə qoşulmaq və beynəlxalq sertifikatlar əldə etmək üçün imkanlar yaradılmalıdır. Rəqabətə davamlı şirkətlər yalnız xarici təcrübəyə malik işçiləri işə almaqla kifayətlənmir, həm də daxili istedadları inkişaf etdirirlər.

Yüksək potensiallı işçilərə investisiya edilməli, maaş qərarları yalnız xarici təcrübəyə əsaslanmamalıdır. Hər bir işçinin bacarıqları, töhfələri və inkişaf potensialı fərdi şəkildə qiymətləndirilməlidir. Şirkətlər qlobal təcrübəni dəyərləndirməklə yanaşı, daxili istedadları inkişaf etdirərək daha güclü, motivasiyalı və uğurlu komandalar qurur, bu da uzunmüddətli biznes uğuruna gətirib çıxarır”.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...