"WhatsApp"da "Instagram" və "Facebook" istifadəçi adlarından istifadə etmək mümkün olacaq

Redaktor

30.06.2026 11:16
229

"WhatsApp"da "Instagram" və "Facebook" istifadəçi adlarından istifadə etmək mümkün olacaq

"Meta" "WhatsApp"da telefon nömrəsi əvəzinə istifadəçi adı (username) ilə ünsiyyət qurmağa imkan verən yeni funksiyanı təqdim edib.

Valyuta.az xəbər verir ki, qarşıdakı aylarda mərhələli şəkildə istifadəyə veriləcək yenilik sayəsində istifadəçilər yeni şəxslərlə söhbətə başlayarkən telefon nömrələrini deyil, istifadəçi adlarını paylaşa biləcəklər. İstifadəçi adı rezervasiya prosesi isə artıq başlayıb.

Şirkətin məlumatına görə, bu funksiya xüsusilə tanımadığı şəxslərlə ünsiyyət quran və qrup söhbətlərində iştirak edən istifadəçilərin məxfiliyini artıracaq. İstifadəçi adı aktivləşdirildikdən sonra ilk dəfə əlaqə saxlanılan şəxs və ya biznes hesabı istifadəçinin telefon nömrəsini görməyəcək.

"Meta" bildirib ki, "WhatsApp"da istifadəçi adlarının açıq axtarış kataloqu olmayacaq. Hər hansı istifadəçi ilə əlaqə saxlamaq üçün onun tam istifadəçi adını bilmək lazım gələcək.

Bundan əlavə, məzmun istehsalçıları, kiçik bizneslər və brendlər mövcud "Instagram" və ya "Facebook" istifadəçi adlarını "WhatsApp"da da istifadə edə biləcəklər. Yeni funksiyanın yaxın aylarda bütün istifadəçilər üçün mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Asiyanın ikinci valyutası 40 ilin ən aşağı səviyyəsinə düşdü

30.06.2026

Göy üzündə yeni "savaş": "Rocket Lab" "Iridium"u satın alır

30.06.2026

40 ölkədən 5 bazara keçən qəhvə brendi rekord nəticə göstərdi

30.06.2026

Fidelity: Kriptovalyutalarda yeni yüksəliş dalğasının başlayacağına heç kim zəmanət verə bilməz

30.06.2026

Son dərəcə sürətli internet aktivləşdirildi - Performans rekordlar qırır

30.06.2026

Agentliyin avtomobilləri 1 800 manatdan satışa çıxarılır

30.06.2026

"Google"un yeni insan təsdiqləmə sistemi ilk sınaqlarda uğursuz oldu

30.06.2026

AYİB-in istiqrazları üzrə hər istiqraza 1 643,06 manat kupon ödəniləcək

30.06.2026

Startapların investisiya cəlb etməsinə təsir edən 5 maraqlı amil

30.06.2026

“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu: Kiberpolisdən əməliyyat - VİDEO

30.06.2026

Mərkəzi Bank virus və kibertəhdidlərə qarşı sistem üçün 625 min manat xərcləyəcək

30.06.2026

"Forbes"ə görə dünyanın ən çox qazanan 10 kontent yaradıcısı

30.06.2026

Davamlı inkişaf reytinqi açıqlandı: Şimali Avropa yenə zirvədə - TOP-20

30.06.2026

İri sahibkarlığa verilən kreditlər 12,9 milyon manat artıb

30.06.2026

Qovunun kilosu 1,2 manatdan 1,7 manata qədər dəyişib

30.06.2026

“Derya” 1,1 milyon dollar investisiya alıb

30.06.2026

Səyahət üçün büdcəni pozmadan pul yığmağın 8 yolu

30.06.2026

"Strategy" 1,25 milyardlıq "Bitcoin" satışı edə bilər

30.06.2026
Xalq Bankın təmir krediti şərtləri

Xalq Bankın təmir krediti şərtləri - 250.000 manatadək

30.06.2026

Kiçik bizneslər böyük şirkətlərlə kadr yarışında necə qalib gələ bilər?

30.06.2026

Məzənnə

Yüklənir...