Varlı insanların sərvətlərini qorumaq üçün istifadə etdikləri 6 incə, lakin dahiyanə üsul

Redaktor

22.02.2026 18:38
88

Varlı insanların sərvətlərini qorumaq üçün istifadə etdikləri 6 incə, lakin dahiyanə üsul

Varlı insanların dəbdəbəli həyat tərzini bank hesablarını tükətmədən necə qoruyub saxladıqları heç maraq doğurubmu? Məlum olur ki, onlar qənaət etməyi olduqca yaxşı bacarırlar. Əslində, onların bir çox maliyyə qərarları uzunmüddətli sərvət yaratmağa yönəlmiş dahiyanə strategiyalardır.

Mütəxəssislər varlı insanların böyük məbləğdə vəsaitə necə qənaət etdiklərini izah edirlər:

Strateji investisiyalara üstünlük vermək

“Varlı müştərilərlə işlədiyim müddətdə müşahidə etdiyimə görə, onların qənaət etməsinin ən effektiv yollarından biri strateji investisiyalara fokuslanmalarıdır”, – deyə maliyyə eksperti və “VA Loans Texas” şirkətinin təsisçisi Şirli Müller bildirib.

Onun sözlərinə görə, onlar mürəkkəb faiz effektinin gücünü yaxşı anlayır və gəliri maksimuma çatdırmaqla yanaşı, vergi öhdəliklərini minimuma endirmək üçün fərdi pensiya hesabları planları və sağlamlıq yığım hesabları (HSA) kimi vergi üstünlüklü alətlərə üstünlük verirlər. Müller əlavə edib ki, bir çox varlı şəxs vergi yükünü azaltmaq üçün etimad fondları və xeyriyyəçilik strategiyalarından da istifadə edir. Bu isə həm uzunmüddətli qənaət yaradır, həm də onların önəm verdiyi sahələrə dəstək göstərməyə imkan verir.

“Bu səviyyədə planlaşdırma onların qısamüddətli qazanc dalınca qaçmaqdan çox, dayanıqlı sərvət qurmağa fokuslandıqlarını göstərir”, – deyə Müller vurğulayıb.

Danışıqlar aparmaq və mükafat proqramlarından yararlanmaq bacarığı

Müllerin sözlərinə görə, varlı şəxslər imkanları çatsa belə, nadir hallarda hər hansı məhsul və ya xidmət üçün tam qiymət ödəyirlər.

“Onlar daşınmaz əmlak alarkən, ev krediti götürərkən və ya yüksək məbləğli alışlar edərkən bacarıqlı danışıqlar aparırlar”, – o bildirib.

“Müştərilərimin səyahət bonuslarından və ya keşbek imkanlarından xərclərini əhəmiyyətli dərəcədə azaltmaq üçün necə istifadə etdiklərini görmüşəm”, – deyə Müller izah edib. “Onlar üçün əsas məsələ xərclənən hər dollardan maksimum dəyər əldə etməkdir. Bu yanaşma həyat tərzindən imtina etmədən minlərlə dollar qənaət etməyə kömək edir.”

Dəyişdirmə əvəzinə baxıma üstünlük vermək

“Varlı müştərilər arasında müşahidə etdiyim digər incə vərdiş onların mövcud əmlak və aktivlərə müntəzəm qulluq göstərməsidir”, – deyə Müller bildirib. “Onlar anlayırlar ki, ev, avtomobil və ya investisiya mülkiyyətinə vaxtında qulluq etmək gələcəkdə bahalı təmir və ya dəyişdirmə xərclərinin qarşısını alır.”

Məsələn, evə müntəzəm texniki xidmət göstərilməsi sonradan yarana biləcək ciddi konstruktiv problemlərin qarşısını ala bilər.

Eyni yanaşma şəxsi maliyyəyə də tətbiq olunur. Onlar büdcələrini, investisiya portfellərini və sığorta təminatlarını mütəmadi olaraq nəzərdən keçirərək hər şeyin məqsədlərinə uyğun optimallaşdırıldığını yoxlayırlar.

“Bu kiçik, lakin davamlı addımlar uzunmüddətli maliyyə uğuru üçün möhkəm təməl yaradır”, – deyə Müller qeyd edib.

Strateji vergi planlaşdırması

“FinlyWealth” şirkətinin təsisçisi və baş icraçı direktoru Kevin Şahnazarinin sözlərinə görə, varlı insanların qənaət etməsinin digər güclü yolu strateji vergi planlaşdırmasıdır.

“Onlar vergi öhdəliklərini optimallaşdırmaq üçün maliyyə məsləhətçiləri ilə sıx əməkdaşlıq edir, vergi təxirə salınmış hesablar, eləcə də mövcud güzəşt və kreditlərdən maksimum istifadə edirlər”, – deyə o bildirib.

Şahnazari qeyd edib ki, investisiyaların və gəlir mənbələrinin düzgün strukturlaşdırılması vergi tutulan gəlirin əhəmiyyətli dərəcədə azalmasına imkan verir və nəticədə daha çox sərvətin qorunub saxlanmasına şərait yaradır.

Qənaət və investisiyaların avtomatlaşdırılması

Şahnazarinin fikrincə, digər dahiyanə yanaşma qənaət və investisiyaların avtomatlaşdırılmasıdır.

“Bir çox varlı şəxs gəlirin müəyyən hissəsinin xərclənməzdən əvvəl avtomatik olaraq yığım və ya investisiya hesablarına köçürülməsini təmin edir”, – deyə o izah edib.

Onun sözlərinə görə, bu üsul intizamlı qənaət vərdişlərini formalaşdırmaqla yanaşı, orta maya dəyəri strategiyasından (dollar-cost averaging) istifadə etməyə imkan verir və uzunmüddətli investisiya artımını gücləndirir.

Həyat tərzinin optimallaşdırılması

Şahnazari bildirib ki, varlı şəxslər həyat tərzini optimallaşdırmağa da xüsusi diqqət yetirir və daha yüksək dəyər yaradan xərclərə üstünlük verirlər.

“Məsələn, onlar daha uzunömürlü və keyfiyyətli məhsullara investisiya edə və ya maddi əşyalar əvəzinə təcrübələrə üstünlük verə bilərlər”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, keyfiyyətə üstünlük vermək uzunmüddətli perspektivdə həm daha məmnun həyat tərzi təmin edir, həm də qənaət etməyə imkan yaradır.

“Bu strategiyalar göstərir ki, varlı insanlar qənaətə məqsədli və uzaqgörən yanaşırlar”, – deyə Şahnazari vurğulayıb. “Ağıllı maliyyə vərdişləri sadəcə qənaət etməkdən ibarət deyil; bu, uzunömürlü sərvət yaradan şüurlu seçimlər etmək deməkdir.”

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Varlı insanların sərvətlərini qorumaq üçün istifadə etdikləri 6 incə, lakin dahiyanə üsul

22.02.2026

"OpenAI"ın 2030-cu il hədəfi: 600 milyard dollarlıq nəhəng "compute" yatırımı

22.02.2026

Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq - Video

22.02.2026

Elektromobillərin sayı artsa da, yanacaq xərcləri azalmır - Səbəb nədir?

22.02.2026

Bakıda hava yağmursuz olacaq, bəzi yerlərdə yağış yağacaq

22.02.2026

İnvestorlar səhm alarkən hansı baş icraçı direktorları diqqətdə saxlamalıdır?

22.02.2026

Xətai rayonunda su xəttində baş vermiş qəza nə vaxt aradan qaldırılacaq? - VİDEO

21.02.2026

Tramp idxal rüsumlarını 15 %-ə qaldırdı

21.02.2026

Azərbaycanda 400 mindən çox evə “kupça” veriləcək

21.02.2026

700 min dollarlıq işini tərk etdi

21.02.2026

Hazır biznes satışa çıxarılır - Qiymət

21.02.2026

Bakıda ən ucuz və ən baha kirayə evlər - QİYMƏTLƏR

21.02.2026

Metro sərnişinlərinin sayı 2%-dən çox azalıb

21.02.2026

Azərbaycandan Ermənistana aparılan neft üçün simvolik tarif tətbiq edildi

21.02.2026
Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

Adnan Əhmədzadənin səhmlərini alan Yusif Məmmədovdan maraqlı açıqlamalar

21.02.2026

Ödənişli xidmətlərdə artım 150 milyonu keçdi

21.02.2026

Daha bir xəstəxanaya yeni rəhbər təyin edildi

21.02.2026

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı təsdiqlənib - CƏDVƏL

21.02.2026

Fevralın 23-dən Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

21.02.2026

Mask ömrünün sonunadək nə qədər vergi ödəyəcəyini hesablayıb

21.02.2026

Məzənnə

Yüklənir...