Redaktor
Uorren Baffetin 200 milyard dollarlıq investisiya “səhvi” necə böyük uğura çevrildi
Böyük investor Uorren Baffet hər zaman “başqalarının səhvlərindən öyrənmək, öz səhvlərini etməkdən daha yaxşıdır” prinsipini vurğulasa da, “Berkshire Hathaway” şirkətinin həmtəsisçisi, sədri və baş direktoru illər ərzində kifayət qədər maliyyə səhvləri ilə üzləşib.
Hazırda 94 yaşı olan Baffet səhvlərini qəbul edərkən daim təvazökar və realist davranıb — “Waumbec Mills” və “Dexter Shoe” şirkətlərinin alınması, “Google” və “Amazon”a investisiya etməməsi kimi — lakin o, 2010-cu ildə CNBC kanalından Bekki Kuika verdiyi müsahibədə “alınmış ən axmaq səhmi” barədə danışanda bu, “Omaxanın kahini”nin izləyicilərini təəccübləndirə bilərdi.
Həmin müsahibədə Baffet keçmişdə uğursuz tekstil şirkəti olan “Berkshire Hathaway”in səhmlərini almağa necə başladığını və nəhayət onun nəzarətini ələ keçirdiyini xatırladıb. O, bu şirkəti dünyanın ən böyük holdinqlərindən birinə çevirsə də, tanımadığı bir sahəyə “lövbər salmağı” böyük səhv adlandırıb.
200 milyard dollarlıq səhv?
Uorren Baffet artıq uğurlu bir investor karyerasının başlanğıcında idi ki, 1962-ci ildə “Berkshire Hathaway”in ucuz səhmlərini almağa başladı. Məqsədi həmin dövrdə tekstil fabriklərini bağlamağa hazırlaşan şirkətin səhmlərini ucuz alıb sonradan daha yüksək qiymətə satmaq idi.
1964-cü ildə o, şirkətin sahibi Sibir Stentona səhmlərini hər birini 11.50 dollara satmağı qəbul etdi. Lakin sonradan aldığı məktubda bu məbləğin 11 3/8 dollar (təxminən 11.375 dollar) olduğu göründü. Özünü aldatılmış hiss edən Baffet səhmləri satmaq əvəzinə daha çox səhmdar oldu, şirkəti ələ keçirdi və Stentonu işdən çıxardı.
Uzun illər tekstil sahəsindəki bu sərmayəni böyütməyə çalışdıqdan sonra Baffet etiraf etdi ki, bu qərar ona həmin dövrdə təxminən 200 milyard dollara başa gəlib.
“Əslində mən artıq böyük miqdarda vəsaiti dəhşətli bir biznesə yatırmışdım”, – deyə o, müsahibəsində bildirib. Əgər 1964-cü ildə səhmlərini satsaydı və illərlə “Berkshire”in gəlir gətirmədiyini izləmək əvəzinə həmin vəsaiti sığorta sektoruna yatırtsaydı, bu onun üçün daha uğurlu olardı. Çünki məhz sığorta sektoru 1967-ci ildən etibarən “Berkshire”in böyüməsində əsas rol oynayıb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb
31.12.2025“Reprai” 1 milyon dollar investisiya alıb
31.12.2025Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib
31.12.2025AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb
31.12.2025Məşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib
31.12.2025Neftimizin qiyməti cüzi artıb
31.12.2025AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb
31.12.2025Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU
31.12.2025Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31.12.2025Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb
30.12.2025Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq
30.12.2025Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses
30.12.2025Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?
30.12.2025Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi
30.12.2025“WhatsApp”a yeni funksiya əlavə edildi
30.12.2025Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb
30.12.2025