Redaktor
Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb
Mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ixracı 2025-ci ildə Şimali Amerikada yeni tədarük mənbələrinin istifadəyə verilməsi fonunda son üç ilin ən yüksək artımını göstərib.
Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” analitik “Kpler” şirkətinin məlumatlarına istinadən yazır.
Analitiklərin qiymətləndirməsinə görə, 2025-ci ildə LNG ixracı ötən illə müqayisədə 4% artaraq 429 milyon tona çatıb. Bu, 2022-ci ildən bəri ən yüksək illik artım göstəricisidir. Həmin il ixrac 4,5% yüksəlmişdi. Artım əsasən ABŞ-da “LNG Canada” və “Plaquemines” layihələrində istehsalın genişləndirilməsi hesabına baş verib.
Birləşmiş Ştatlar bu il 100 milyon tondan çox LNG göndərən ilk ölkə olmaqla aparıcı ixracatçı statusunu möhkəmləndirməyə hazırlaşır. Gözlənilir ki, ölkə onilliyin sonuna qədər istehsal həcmini ikiqat artıraraq tədarükləri daha da genişləndirəcək.
Bu prosesin Asiya və Avropada qaz qiymətlərinin enməsinə səbəb olacağı ehtimal edilir. Artıq Asiyada qiymətlər ilin ən aşağı səviyyələrinə yaxındır, Avropada isə göstəricilər ilin əvvəlindən bəri 40%-dən çox azalır.
Eyni zamanda əlavə istehsal həcm artımı, həddindən artıq soyudulmuş yanacağı daşıyan gəmilərə tələbatı daha da yüksəldə bilər. Keçən ay Atlantik okeanı vasitəsilə LNG daşınmasının dəyəri son təxminən iki ilin ən yüksək səviyyəsinə çatıb. Buna səbəb tədarüklərin kəskin artması fonunda tanker tələbatının yüksəlməsi olub.
“Kpler”in məlumatına görə, dekabr ayında LNG ixracı təxminən 41 milyon tonla yeni rekord qoya bilər. Dünyada ən böyük alıcılar Çin və Yaponiya olaraq qalır və bu il birinci yeri bölüşürlər. Bununla belə, Pekinin ümumi idxalı 2024-cü illə müqayisədə təxminən 15% azdır.
Misirə LNG idxalı artmaqda davam edir. İl yekunlarına görə, Qahirənin bu il təxminən 8,9 milyon ton LNG aldığı ehtimal olunur ki, bu da ötən illə müqayisədə üç dəfədən çoxdur.
Qlobal miqyasda isə “Bloomberg”in proqnozuna əsasən, növbəti il LNG ticarətinin həcmi yeni təklif dalğası və tələbatı stimullaşdıracaq daha aşağı qiymətlər hesabına 7,5–8% artacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib
31.12.2025Neftimizin qiyməti cüzi artıb
31.12.2025AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb
31.12.2025Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU
31.12.2025Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31.12.2025Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb
30.12.2025Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq
30.12.2025Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses
30.12.2025Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?
30.12.2025Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi
30.12.2025“WhatsApp”a yeni funksiya əlavə edildi
30.12.2025Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb
30.12.2025