AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb

Redaktor

31.12.2025 10:39
105

AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ili 216,666 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 85,8 % çoxdur.

Ötən il AZAL-ın daşımalar üzrə və digər gəlirləri 1 milyard 954,533 milyon manat (əvvəlki ilə nisbətən 33,2 % çox), əməliyyat icarəsi üzrə gəlirləri 17,86 milyon manat (3 dəfə çox), hökumətdən aldığı subsidiyalar 22,4 milyon manat (5,5 % çox), yanacaq xərcləri 456,141 milyon manat (37,4 % çox), işçi heyəti üzrə xərcləri 250,112 milyon manat (45,7 % çox), amortizasiya xərcləri 206,076 milyon manat (31,2 % çox), hava gəmiləri və digər əsas vəsaitlərə texniki xidmət xərcləri 153,109 milyon manat (97,4 % çox), sair əməliyyat xərcləri 624,362 milyon manat (39 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin qaytarılması üzrə xərcləri 8,361 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 24,24 milyon manat (4,4 dəfə çox), maliyyə-faiz gəlirləri 9,515 milyon manat (2,8 dəfə çox), maliyyə xərcləri 40,512 milyon manat (4 dəfə az), məzənnə fərqi üzrə xalis zərəri 3,045 milyon manat (3,7 dəfə az), mənfəət vergisi ödəmələri 70,164 milyon manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 930,726 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 3,9 dəfə azalaraq 802,153 milyon manata düşüb, balans kapitalı isə 2 milyard 128,573 milyon manat (əvvəlki il kapital çatışmazlığı olub) olub.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 15,9 milyon dollar azalıb

31.12.2025

“Reprai” 1 milyon dollar investisiya alıb

31.12.2025

Azərbaycan banklarında kapitalın idarə olunmasına dair tələblər sərtləşdirilib

31.12.2025

AZAL-ın xalis mənfəəti 86%-ə yaxın artıb

31.12.2025

Məşhur tütün şirkəti 39 milyonluq məhsul ixrac edib 

31.12.2025

Neftimizin qiyməti cüzi artıb

31.12.2025

AZAL Ələt Azad İqtisadi Zonasında müəssisə yaradıb

31.12.2025

Milyonlarla yatırım alıb uğursuz olan startaplar - SƏHƏR OXUSU

31.12.2025

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31.12.2025

Üç ildə rekord həddə çatıb: Qlobal LNG ixracı 2025-ci ildə kəskin artıb

30.12.2025

Neft Fondu: Qızıla qısamüddətli gəlir mənbəyi kimi baxmırıq

30.12.2025

Heç bir zəngin bunu etiraf etmir - Onları daha da zəngin edən proses

30.12.2025

Metro və avtobusdan istifadə edilmədiyi halda kart balansından gediş haqqı NİYƏ ÇIXILIR?

30.12.2025

Ödəniş və elektron pul təşkilatlarına qarşı tələblər dəyişdi

30.12.2025

“WhatsApp”a yeni funksiya əlavə edildi

30.12.2025

Bu sığorta üzrə yığımlar 10 milyondan çox artıb

30.12.2025
Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

Elman Rüstəmovun 8,9 milyonluq şirkəti ləğv edildi

30.12.2025

"Citigroup" Rusiyadakı biznesinin satışına görə 1,1 milyard dollard zərərə düşəcək

30.12.2025

"SMIC" "SMNC"nin qalan hissələrini də satın alır - Qiymət

30.12.2025

"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

30.12.2025

Məzənnə

Yüklənir...