Ukraynadakı müharibənin bitməsi fonunda kriptovalyutalar bahalaşır

Redaktor

29.12.2025 10:49
406

Ukraynadakı müharibənin bitməsi fonunda kriptovalyutalar bahalaşır

2025-ci ilin son həftəsində kriptovalyuta bazarında müsbət dinamika müşahidə olunur.

Valyuta.az xəbər verir ki, gecə saatlarında başlayan artım səhər də davam edib, "Bitcoin" 90 min dollar həddini keçib, "Ether" isə 3 min dollardan yuxarı qalxıb.

Kripto aktivlərindəki bu yüksəliş ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşdən sonra bazarlarda yaranan nikbinlik fonunda qeydə alınıb. Görüş zamanı tərəflərin Ukraynadakı müharibənin bitməsi istiqamətində 90% razılıq əldə etdiklərini açıqlamaları investorların risk iştahasını artırıb. Tramp həmçinin bundan öncə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib.

Qiymətli metallarda da artım sürətlənib

Kriptovalyutalarla paralel olaraq qiymətli metallar bazarında da hərəkətlilik davam edir. Gümüş gecə saatlarında 83 dollara qədər yüksəlsə də, səhər 79 dollara geri çəkilib. Qızıl isə hazırda 4 510 dollar səviyyəsində ticarət olunur.

Qeyd edək ki, "Bitcoin"in qiyməti bu ilin dekabr ayının 27-si etibarilə, 87,382 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda 22 mindən çox işsiz var

19.01.2026

İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi

19.01.2026

Azərbaycanın dövlət büdcəsində ötən il 528 milyon manata yaxın profisit olub

19.01.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

19.01.2026

Sabah bir sıra yollar bağlanacaq

19.01.2026

"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb

19.01.2026

Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”

19.01.2026
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinə görə bankların RENKİNQİ

19.01.2026

İl ərzində 3 740-dan çox investisiya razılaşması bağlanıb

19.01.2026

"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib

19.01.2026

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir?

19.01.2026

Serbiya Prezidenti Azərbaycana səfər edəcək

19.01.2026

"Yelo Bank"ın mənfəəti 27% azalıb – Gəlirlər geriləyib, xərclər yüksəlib

19.01.2026

Yaxın vaxtlarda şəhid ailələri və müharibə əlillərinə mənzillər veriləcək

19.01.2026

Bu halda maşının cərimə meydançasında saxlanma xərci sürücüyə qaytarılacaq

19.01.2026

Bu sığorta şirkətlərində iş var!

19.01.2026

Yeni cərimə gəlir - 2500 manata qədər

19.01.2026

Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

19.01.2026

Azərbaycanda bu şəxslərə ikiqat maaş ödəniləcək

19.01.2026

Ödənişli yolda sürət həddi bu qədər olacaq

19.01.2026

Məzənnə

Yüklənir...