Redaktor
Texnologiya nəhənglərinə etimad azalır: İstifadəçilərin 75 faizi narahatdır
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Bitdefender” şirkətinin son qlobal araşdırması internet istifadəçilərinin 75 faizinin şəxsi məlumatlarla bağlı böyük texnologiya şirkətlərinə etibar etmədiyini göstərir.
Valuita.az xəbər verir ki, məlumatlara əsasən, istehlakçıların cəmi 25 faizi iri texnologiya platformalarının şəxsi informasiyanı şəffaf və məsuliyyətli şəkildə emal etdiyinə inanır.
Sorğuda ən etibarlı şirkətlər kimi 27,5 faizlə “Google” və 19,1 faizlə “Apple” göstərilib. Etimadsızlıq siyahısında isə 36,3 faizlə “Meta” (“Facebook”, “Instagram”) və 26,6 faizlə “TikTok” ilk sıralarda yer alır.
Sosial media platformalarına qarşı bu məsafəli münasibətin əsas səbəbi şirkətlərin aqressiv məlumat toplama siyasəti və keçmişdə baş vermiş məxfilik pozuntuları ilə əlaqələndirilir. “Bitdefender”in Türkiyə distribütoru olan “Laykon Bilişim” şirkətinin əməliyyat direktoru Alev Akkoyunlu bildirib ki, istifadəçilər artıq rəqəmsal izlərini və məlumat məxfiliyini qorumaq üçün daha sorğulayıcı mövqe sərgiləyirlər.
Rəqəmsal məxfiliyin qorunması üçün 5 əsas addım
Alev Akkoyunlu qeyd edib ki, məlumat məxfiliyi ilə bağlı narahatlıq qlobal refleksə çevrilib və istifadəçilər şəxsi məlumatların arxa planda necə emal olunduğu ilə bağlı daha tələbkar davranırlar. O, iri texnologiya platformalarından istifadə zamanı rəqəmsal təhlükəsizliyi artırmaq üçün aşağıdakı beş addımı tövsiyə edir:
1. Məlumat paylaşımını nəzarətdə saxlayın
Ağıllı telefon tətbiqləri arxa planda istifadəçi fəaliyyətini izləyə bilər. Tətbiq yeniləmələri bəzən məxfilik seçimlərini standart ayarlara qaytarır. Buna görə yeniləmələrdən sonra icazə parametrlərini yenidən yoxlamaq vacibdir.
2. Məxfilik ayarlarını düzgün qurun
Sosial media və mobil tətbiqlərdə məkan izləmə, mikrofon və kamera icazələrini yalnız “tətbiqdən istifadə zamanı” aktiv olacaq şəkildə məhdudlaşdırın.
3. Çoxfaktorlu identifikasiya sistemindən istifadə edin
Mümkün məlumat sızması zamanı parol ələ keçirilsə belə, hesaba girişin qarşısını almaq üçün çoxfaktorlu identifikasiya (MFA) aktivləşdirilməlidir. SMS əvəzinə autentifikator tətbiqlərindən istifadə təhlükəsizliyi daha da artırır.
4. Sızma tarixçəsini izləyin
E-poçt ünvanınızın və ya parollarınızın əvvəlki məlumat sızmalarında iştirak edib-etmədiyini mütəmadi yoxlayın. Parol menecerlərindən istifadə edərək rəqəmsal aktivlərinizi nəzarətdə saxlayın.
5. Kompleks təhlükəsizlik proqramlarından yararlanın
Cihazdan icazəsiz məlumat ötürən proqramları və şübhəli bağlantıları bloklamaq üçün “Bitdefender Total Security” kimi proaktiv qoruma təqdim edən həllərdən istifadə edin.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNə benzin, nə də elektrik: Avropada ən populyar avtomobillər açıqlandı
25.02.2026Kredit təşkilatı nizamnamə kapitalını 300 min manata yaxın azaltdı
25.02.2026Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25.02.2026Texnologiya nəhənglərinə etimad azalır: İstifadəçilərin 75 faizi narahatdır
25.02.2026"İpək Yolu Sığorta"nın ödənişləri dayanıb
25.02.2026"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır - MƏBLƏĞ
25.02.2026Prezident və ailə üzvləri Xocavənd sakinləri ilə görüşdü
25.02.2026İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
25.02.2026Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var
25.02.2026