"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır

Redaktor

25.02.2026 16:32
44

"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır - MƏBLƏĞ

2 aprel tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan bir sıra daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, hərraca çıxarılan əmlaklardan biri Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən 2,0 hektar torpaq sahəsidir.

Əmlakın start qiyməti 60 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği 6 000 manat təşkil edir.

Digər əmlak Göygöl şəhəri, H. Əliyev küçəsi, 54 ünvanında yerləşən 89 kvadratmetr sahəyə malik qeyri-yaşayış binasıdır. Sözügedən obyektin torpaq sahəsi 0,0116 hektardır. Əmlakın start qiyməti 61 000 manat, 10 faiz beh məbləği isə 6 100 manatdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...