"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?

Redaktor

26.12.2025 19:00
33

"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?

"Tesla"nın avtomobil sənayesində standartları müəyyən edən gömülü qapı tutacaqları bir müddətdir ciddi təhlükəsizlik böhranının mərkəzinə çevrilib. 

Valyut.az xəbər verir ki, şirkətin elektron qapı açma mexanizmlərindəki mümkün dizayn qüsuru həm İlon Maskın bu problemdən əvvəlcədən xəbərdar olması ilə bağlı iddialar, həm də ABŞ Milli Avtomobil Yolları Hərəkət Təhlükəsizliyi Administrasiyasının (NHTSA) başladığı yeni araşdırma fonunda yenidən gündəmə gəlib.

"Bloomberg" tərəfindən aparılan geniş araşdırmada "Model 3"ün hazırlanma mərhələsində mühəndislərin Maskı bu sistemin riskləri barədə xəbərdar etdiyi, lakin onun dizayndan imtina edilməməsində israrlı olduğu iddia olunur.

Problemin kökündə qapıların açılması üçün əsas batareyadan asılı olmayan 12 voltluq kiçik akkumulyatora ehtiyac duyulması dayanır. Qəza zamanı bu akkumulyator sıradan çıxdıqda qapılardakı elektron düymələr işləməz hala gəlir və avtomobil faktiki olaraq tələyə çevrilir. "Tesla" bu riski azaltmaq və təhlükəsizlik tələblərinə cavab vermək üçün avtomobillərə mexaniki açma qolu da əlavə edib.

Lakin əsas böhran məhz bu nöqtədə başlayır. Fövqəladə açma qolları adətən işarələnməmiş yerlərdə yerləşir və bir çox istifadəçi bu mexanizmin mövcudluğundan belə xəbərsizdir. Bu günədək "Model 3" və "Model Y" kimi populyar modellərlə bağlı, 15 nəfərin ölümü ilə əlaqələndirilən hadisələrin əksəriyyətində sərnişinlərin bu gizli qolları tapa bilmədiyi irəli sürülür.

NHTSA-nı hərəkətə gətirən son hadisə Corciya ştatında yaşayan "Model 3" sahibinin sarsıdıcı şikayəti olub. 2022-ci il istehsalı avtomobili ilə üzbəüz toqquşmaya düşən Kevin Klous qəzadan sonra maşının alovlandığını və bütün elektrik sisteminin sıradan çıxdığını bildirib. Qapıları aça bilməyən Klous yaşadıqlarını “Arxa oturacağa sürünməli və şüşəni sındırana qədər təpikləməli oldum” sözləri ilə təsvir edib. Hadisədən sonra omba protezi daxil olmaqla üç ağır əməliyyat keçirən sürücü federal qanunların çıxış mexanizmlərinin açıq şəkildə işarələnməsini və asan əlçatan olmasını tələb etdiyini xatırladıb.

Əslində elektron qapı tutacaqları avtomobil sənayesində yeni texnologiya deyil və "Audi" kimi markalar da oxşar sistemlərdən istifadə edir. Hətta 2015-ci ildə bir "Chevrolet Corvette" sahibinin və itinin batareya nasazlığı səbəbilə avtomobildə mahsur qalaraq həyatını itirməsi hələ də yaddaşlardadır.

Lakin "Tesla"nın bu mexanizmləri kütləvi şəkildə yayması problemi çox daha böyük miqyasda gündəmə gətirib. İstehlakçı təhlükəsizliyi təşkilatları qapıların istifadəsinin çətinliyi və etibarlılığı səbəbilə "Tesla"nın reytinqini aşağı salmağa başlayıb və istehsalçılara daha təhlükəsiz qapıların hazırlanması üçün müraciətlər edib. Siyasi gərginliklər və azalan satışlarla yadda qalan çətin ilin sonunda başladılan bu araşdırmanın "Tesla" üçün təzyiqləri artıracağı gözlənilir. Şirkət yeni modellərdə müəyyən dəyişikliklər etsə də, yollarda hərəkətdə olan milyonlarla köhnə model avtomobil üçün qeyri-müəyyənlik hələ də qalır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Çin bağlantılı yeni təhdid qrupu: Bulud xidmətlərini casusluq üçün istifadə edirlər

26.12.2025

"Apple" uğursuz "iPhone"a daha bir şans vermək qərarına gəldi

26.12.2025

200 milyon istifadəçisi olan kripto pulqabı hekləndi - 7 milyon dollarlıq itki

26.12.2025

"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?

26.12.2025

“Azərenerji” Ələtlə bağlı 8 milyonluq tender elan etdi

26.12.2025

Sadə ideyadan yaranan milyard dollarlıq biznes

26.12.2025

2026-cı ildə bu ölkələrə səyahət bahalaşacaq - SƏBƏB

26.12.2025

Nazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur

26.12.2025

Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

26.12.2025

İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı

26.12.2025

Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR

26.12.2025

Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib

26.12.2025

Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT

26.12.2025

Yeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər

26.12.2025

Mərkəzi Bank “AtaSığorta”ya məcburi göstərişi verdi

26.12.2025

Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü

26.12.2025

Bakıda müəllimlər 1088 manat maaş alırlar

26.12.2025

“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki

26.12.2025

Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi

26.12.2025
Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir

Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - TOP 10

26.12.2025

Məzənnə

Yüklənir...