Redaktor
2026-cı ildə bu ölkələrə səyahət bahalaşacaq - SƏBƏB
2026-cı ildən etibarən dünyanın bir sıra məşhur səyahət istiqamətlərində turist vergilərinin artırılması və ya yeni ödənişlərin tətbiqi gözlənilir. Bu isə həmin ölkələrə səfərlərin əvvəlki illə müqayisədə daha baha başa gəlməsinə səbəb olacaq.
Turizm vergiləri bir çox hallarda, yəni həddindən artıq turist axınının qarşısını almaq və ya yerli infrastrukturun maliyyələşdirilməsi məqsədi daşıyır. Bu ödənişlər bəzən şəhərə giriş səviyyəsində tətbiq olunur, bəzən isə hotellərdə gecələmə haqqına əlavə olunur. Məsələn, Yeni Zelandiya bu vergilər hesabına təbiəti qoruma proqramlarını maliyyələşdirir.
2026-cı ildə hansı istiqamətlər daha bahalı olacaq?
Edinburq (Şotlandiya) – otellərə 5% əlavə vergi
Edinburq 2024-cü ilin iyulundan başlayaraq turizm vergisi tətbiq edən Şotlandiyanın ilk şəhəri olacaq. Şəhərə səfər edən turistlər ilk 5 gecə üçün otel qiymətinə əlavə olaraq 5% vergi ödəyəcəklər.
Şəhər Şurası bildirib ki, bu gəlirlər 2029-cu ilə qədər ildə təxminən 50 milyon funt sterlinq (təqribən 67 milyon dollar) təşkil edəcək və infrastrukturun yaxşılaşdırılması, turizm idarəçiliyi və mədəni irsin qorunmasına yönəldiləcək.
Kioto (Yaponiya) – gecələmə vergiləri artırılır
Yaponiyanın qədim məbədləri və sakura mövsümü ilə məşhur olan Kioto şəhərində 2026-cı ilin martından etibarən yeni tarif cədvəli qüvvəyə minir.
Vergi məbləğləri yerləşmə qiymətindən asılı olaraq dəyişəcək: Yeni vergi Kioto büdcəsinə ildə 12,6 milyard yen (təqribən $81 milyon) vəsait gətirəcək.
Barselona (İspaniya) – 5 ulduzlu otellərdə vergi ikiqat artır
Barselona son illər xüsusilə yay aylarında turist sıxlığı və artan yaşam xərcləri səbəbilə sosial narazılıqların şahidi olur. Bölgədə hazırda lüks otel və rezidensiyalarda gecə üçün ödənilən 3,50 avro regional turizm vergisi 7 avroya qaldırılacaq.
Bu qərar əvvəlcə 2025-ci il üçün nəzərdə tutulsa da, tətbiq ən tez 2026-cı ilin aprelinə təxirə salınıb.
Tailand – ölkəyə giriş üçün 300 baht (≈ $10) rüsum
Tailand kabineti havayolu ilə gələn turistlər üçün 300 baht (≈ $10), quru və ya dəniz yolu ilə gələnlər üçün isə 150 baht giriş rüsumunu təsdiqləyib.
Turist axınının 2025-ci ildə zəif olması səbəbilə tətbiq gecikdirilib və EuroNews-un məlumatına görə ödəniş 2026-nın ortalarında qüvvəyə minəcək.
Norveç – 3% turizm vergisi
Norveç hökuməti 2026-cı ildən etibarən bələdiyyələrə turizm vergisi tətbiq etmək səlahiyyəti verib. Vergi gecələmə və kruiz səfərlərinə 3% əlavə şəklində hesablanacaq.
Vergi avtomatik olaraq bütün ölkədə keçərli deyil – yalnız müraciət edən şəhərlər tətbiq edə bilər. Lofoten və Tromsø kimi Şimali işıqları (Aurora Borealis) ilə məşhur olan bölgələr artıq sistemə qoşulduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Norveç 2025-ci ildə turizmdə rekorda imza atıb - yalnız iyun-avqust aylarında ölkə 17,7 milyon gecələmə qəbul edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇin bağlantılı yeni təhdid qrupu: Bulud xidmətlərini casusluq üçün istifadə edirlər
26.12.2025"Apple" uğursuz "iPhone"a daha bir şans vermək qərarına gəldi
26.12.2025200 milyon istifadəçisi olan kripto pulqabı hekləndi - 7 milyon dollarlıq itki
26.12.2025"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?
26.12.2025“Azərenerji” Ələtlə bağlı 8 milyonluq tender elan etdi
26.12.2025Sadə ideyadan yaranan milyard dollarlıq biznes
26.12.20252026-cı ildə bu ölkələrə səyahət bahalaşacaq - SƏBƏB
26.12.2025Nazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur
26.12.2025Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır
26.12.2025İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı
26.12.2025Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR
26.12.2025Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib
26.12.2025Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT
26.12.2025Yeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər
26.12.2025Mərkəzi Bank “AtaSığorta”ya məcburi göstərişi verdi
26.12.2025Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
26.12.2025Bakıda müəllimlər 1088 manat maaş alırlar
26.12.2025“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki
26.12.2025Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
26.12.2025