Redaktor
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
Siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq üzrə saxlanılan iş adamı Ruslan Eyyubov barəsində olan həbs qərarından apellyasiya şikayəti versə də, sonradan şikayətini geri götürüb.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, Ruslan Eyyubovun şikayətini geri götürdüyü bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub.
Şikayət geri götürüldüyündən ərizəyə baxılmayıb.
Qeyd edək ki, Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq üzrə saxlanılıb. "NB Qrup" şirkətinin rəhbəri Ruslan Eyyubov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.
Ruslan Eyyubov həm də bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilmiş Həsən Eyyubovun qardaşıdır.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur
26.12.2025Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır
26.12.2025İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı
26.12.2025Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR
26.12.2025Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib
26.12.2025Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT
26.12.2025Yeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər
26.12.2025Mərkəzi Bank “AtaSığorta”ya məcburi göstərişi verdi
26.12.2025Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
26.12.2025Bakıda müəllimlər 1088 manat maaş alırlar
26.12.2025“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki
26.12.2025Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi
26.12.2025