Redaktor
Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - TOP 10
Noyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xərcləri 223 milyon 014,5 min manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox pul xərcləyən turistlər Rusiyadan gəlib. Belə ki, Rusiyadan gələn turistlər bu dövrdə Azərbaycanda 56 milyon 521,3 min manat pul xərcləyib.
Bu ilin 11 ayında Azərbaycana gələn turistlər arasında ən az pul xərcləyənlər isə Suriyadan gəlib. Suriyadan gələn turistlər Azərbaycanda 14,9 min manat pul xərcləyib.
Noyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclərin bölgüsü ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
| Ölkələr | Bu ilin noyabr ayında Azərbaycanda xərclənən vəsaitin miqdarı |
|---|---|
| Rusiya Federasiyası | 56 milyon 521,3 min |
| Türkiyə | 28 milyon 692,4 min |
| Hindistan | 17 milyon 223,4 min |
| İsrail | 11 milyon 762,4 min |
| Səudiyyə Ərəbistanı | 11 milyon 298,9 min |
| Qazaxıstan | 10 milyon 377,1 min |
| Pakistan | 10 milyon 082,2 min |
| Gürcüstan | 7 milyon 835,8 min |
| Çin | 5 milyon 481,6 min |
| Özbəkistan | 5 milyon 226,0 min |
| 26.12.2025 |
Mayya Hüseynova