Redaktor
Tərəzidə aldadan satıcıları hansı cəza gözləyəcək?
Müasir texnologiyalar nə qədər həyatımızın müxtəlif sahələrinə ayaq açsa da, hələ də tərəzidə aldatma kimi klassik satıcı “tələsi”nə düşmək mümkündür. Danılmaz faktdır ki, Azərbaycanın müxtəlif bölgələrində kütləvi bazarlarda qoyulan tərəzilər elektron olsa da, satıcılar tərəfindən müdaxiləyə məruz qalır.
Bəs görəsən birbaşa vətəndaşın cibinə girən, göz görə-görə vətəndaşları aldadan məhəllə satıcılarını belə olduğu halda hansı cəza gözləyir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Moderator.az-a danışdı.
"İstehlakçıların hüquqlarının pozulması İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Belə ki, istehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.
Məbləğ 300 manatdan yuxarı olduqda isə bu, artıq cinayət məsuliyyətinə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
Eyni əməllər, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə isə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədə “xeyli miqdar” dedikdə, üç yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə üç min manatdan yuxarı olan məbləğ başa düşülür".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMagistraturaya qəbul imtahanının ikinci cəhdinin keçiriləcəyi tarix məlum olub
03.03.2026İstilik enerjisi və ictimai nəqliyyat üzrə yeni təkliflər irəli sürülüb
03.03.2026Banklara dollarla daha çox əmanət yerləşdirən iqtisadi rayonlar - SİYAHI
03.03.2026“SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edilib
03.03.2026“ChatGPT”nin Azərbaycanda bazar payı açıqlandı
03.03.202616 ildir fəaliyyət göstərən bağça bağlandı
03.03.2026Mərkəzi Bankın valyuta ehtiyatları artıb
03.03.2026Ən çox nağd vəsaitə malik şirkətlər açıqlanıb - SİYAHI
03.03.2026“Atəşgah" Sığortanın illik yığımları 1 milyon manatdan çox azalıb
03.03.2026Nazir İradə Xəlilovaya vəzifə verdi
03.03.2026"Apple" "iPhone 17e"ni təqdim etdi - Qiymət
03.03.2026Bu ölkələrdən gələn turistlər Azərbaycanda milyonlar xərcləyib
03.03.2026İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026