Ötən il Azərbaycanda sənaye zonalarında 31 sahibkara rezidentlik statusu verilib

Redaktor

06.02.2025 13:39
261

Ötən il Azərbaycanda sənaye zonalarında 31 sahibkara rezidentlik statusu verilib

Hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur ki, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

O qeyd edib ki, ötən il ərzində sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib:

“Bunlardan 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib. Bunlardan da 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarının payına düşür”.

“Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq”, – deyə S.Adıgözəliv əlavə edib.

©apa

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb

03.03.2026

Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®

03.03.2026

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

03.03.2026

Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı

03.03.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

03.03.2026

“AzərGold” yanvarda ixracdan 19,3 milyon dollar qazanıb

03.03.2026

"2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil"

03.03.2026

Mark Zukerberq Mayamidə 170 milyon dollarlıq malikanə alıb

03.03.2026

İlham Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq

03.03.2026

Mərkəzi Bank “Fizza Pay”in vəzifəli şəxsini cərimələyib

03.03.2026

AYNA yollarda nişanlanma işləri planlaşdırır - 30 milyonluq layihə

03.03.2026

Mərkəzi Bankın beynəlxalq ehtiyatları 555 milyon dollar artıb

03.03.2026

Verdiyiniz borcları 3 ildən sonra geri istəyə bilməzsiniz - Bank qəbzlərini saxlayın

03.03.2026

“Yerli şirkətləri qlobal oyunçulara çevirmək istəyirik” - Müsahibə

03.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

03.03.2026

"AniPay" mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

03.03.2026

Elektron siqaretlərlə bağlı cərimələr son oxunuşda qəbul edilib

03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu ®

03.03.2026

Prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib - Fotolar

03.03.2026

İranın Hörmüz boğazını bağlaması Avropada qazı bahalaşdırıb

03.03.2026

Məzənnə

Yüklənir...