Süni intellekt startapı 500 milyon dollar investisiya alıb

Redaktor

25.02.2026 22:42
28

Süni intellekt startapı 500 milyon dollar investisiya alıb

Süni intellekt sahəsində fəaliyyət göstərən “MatX” 500 milyon dollarlıq B seriyası investisiya turunu uğurla başa çatdırıb. 

Valyutaa.z xəbər verir ki, şirkətin açıqlamasına görə, cəlb olunan vəsait çiplərin “TSMC” ilə birgə istehsalına və 2027-ci ildən etibarən tədarükünə başlanması planlaşdırılan süni intellekt prosessorlarının hazırlanması və istehsal proseslərinin sürətləndirilməsinə yönəldiləcək.

“MatX” 2023-cü ildə Rayner Pop (Reiner Pope) və Mayk Ganter (Mike Gunter) tərəfindən təsis edilib. Şirkət süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün xüsusi olaraq hazırlanmış yüksək məhsuldarlıqlı çiplər inkişaf etdirən texnologiya şirkəti kimi fəaliyyət göstərir. “MatX” xüsusilə böyük dil modelləri (LLM) kimi yüksək hesablama gücü tələb edən tətbiqlərin daha sürətli və səmərəli işləməsini hədəfləyir.

Hazırda bu sahədə əsasən “Nvidia” şirkətinin GPU-larından istifadə olunur. “MatX” isə öz çiplərini inkişaf etdirərək mövcud həllərlə müqayisədə öyrətmə və nəticə çıxarma proseslərində 10 dəfəyədək daha yüksək performans təqdim etməyi planlaşdırır. Şirkət bildirir ki, bu yanaşma süni intellekt modellərinin təlim müddətinin qısalmasına, xərclərin azalmasına və məlumat mərkəzlərində enerji səmərəliliyinin artmasına imkan verəcək.

Şirkətin təsisçiləri daha əvvəl “Google”un “TPU” layihələrində qazandıqları təcrübəyə əsaslanaraq süni intellektə yönəlmiş xüsusi prosessorlar hazırlayırlar. Bu çiplər ənənəvi qrafik prosessorlardan fərqli olaraq birbaşa süni intellekt hesablamalarına fokuslanır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Xocalı soyqırımından 34 il ötür

26.02.2026

Süni intellekt startapı 500 milyon dollar investisiya alıb

25.02.2026

"Boş zallardan dünya şöhrətinə gedən yol"

25.02.2026

Noutbuk kompüter istehsalı 94%-dən çox azalıb

25.02.2026

Süni intellektdən "təhlükəsiz parol" yalanı: Mütəxəssislər niyə "qəti etməyin" deyir?

25.02.2026

ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq

25.02.2026

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub - YENİLƏNİB

25.02.2026

Neyron şəbəkələri çöküşə doğru gedir: Birjalar bu hesabatla sarsıldı

25.02.2026

BDU 10 milyonluq tender elan edib

25.02.2026

Bill Qeytsin komandası "süni günəş" yaradır: Bu, bütün dünyanı dəyişə bilər

25.02.2026

Nə benzin, nə də elektrik: Avropada ən populyar avtomobillər açıqlandı

25.02.2026

Kredit təşkilatı nizamnamə kapitalını 300 min manata yaxın azaltdı

25.02.2026

Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı

25.02.2026

Texnologiya nəhənglərinə etimad azalır: İstifadəçilərin 75 faizi narahatdır

25.02.2026

"İpək Yolu Sığorta"nın ödənişləri dayanıb

25.02.2026

"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır - MƏBLƏĞ

25.02.2026

İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub

25.02.2026

Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var

25.02.2026
Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

25.02.2026

Məhsul satışından ən yüksək gəlir əldə edən rayonlar - CƏDVƏL

25.02.2026

Məzənnə

Yüklənir...