Redaktor
Neyron şəbəkələri çöküşə doğru gedir: Birjalar bu hesabatla sarsıldı
22 fevralda qiymətli kağızlara investisiya qoyuluşları üzrə ixtisaslaşmış az tanınan "Citrini Research" şirkəti tərəfindən sensasion bir hesabat dərc edilib. Bu hesabat dünya fond bazarlarını silkələyib və bu günə qədər səngiməyən bir çox müzakirələrə səbəb olub. Hesabat təkcə X sosial şəbəkəsində 22 milyondan çox baxış toplayıb.
Valyuta.az xəbər verir ki, şirkətin təsisçisi Ceyms Van Qelen və həmmüəllif Alan Şap 2028-ci ilin iyun ayından etibarən başlayacaq xəyali bir hesabat dərc ediblər.
Hesabat ofis işçilərini süni intellekt agentlərinin əvəz etməsi nəticəsində işsizlikdə artım scenarisi təsvir edir. Bu isə “intellektin sıxışdırılması spiralını” yaradır - kütləvi ixtisarlar ağ yaxalı işçilərin alıcılıq qabiliyyətini azaldır və iqtisadi artımı ləngidir.
"Citrini"nin senarisi üzrə bütün bu proseslər fond bazarının çöküşünə səbəb ola bilər.
Ekspertlərin analizləri
"Business Insider" qeyd edir ki, iqtisadiyyat əsasən istehlak xərclərinə bağlıdır. Qiymətlər yüksəlir, amma maaşlar qalxmırsa, sürətlə inkişaf edən fond bazarı belə, işçi alıcılıq qabiliyyətinin azalmasının neqativ təsirini gizlədə bilməz.
Lakin hesabatda açıq şəkildə bildirilir ki, verilən məlumatlar proqnoz deyil, ssenaridir.
Bazarın reaksiyası
Hesabat investorları silkələyərək fond bazarında böyük düşüşə səbəb olub. Əlavə amillər: geopolitik gərginlik, Trampın gömrük siyasəti və "Anthropic" şirkətinin digər AI aləti ilə mümkün fasilələr.
"Bloomberg" məlumat verir ki, 23 fevralda "Dow "Jones indeksi 800-dən çox punkt azalıb. IBM səhmləri 13% düşüb – 2000-ci ildən bu yana ən böyük günlük azalma. "DoorDash", "American Express", "Blackstone" 6%-dən çox, "Uber", "Mastercard", "Visa" 4% və daha çox düşüb.
Günün sonunda S&P 500 indeksi 1%-dən çox azalıb. Böyük proqram təminatı fondunun səhmləri isə 4%-dən çox düşüb.
Asiya bazarları əksinə qazanıb: süni intellekt inqilabından yararlanacaq yarıkeçirici istehsalçıları sayəsində indekslər rekord həddə çatıb.
Birləşmiş Ştatların reaksiyası
"Hesabat "Citrini"nin elmi fantastikadır", deyə ABŞ Ağ Evinin aparıcı iqtisadçısı Pierre Yared bildirib. Hesabatın əsas iqtisadi prinsipləri pozduğu qeyd olunub.
O əlavə edib: “Süni intellekt ya istehsal, gəlir və xərcləri artıran innovasiya, ya da nəticədə gözləntiləri doğrultmayan bir yenilik ola bilər”.
Digər iqtisadçılar da nikbin qalır:
Noah Smit – hesabatı “sadəcə qorxulu nağıl” adlandırıb.
Klaudia Sam – iş bazarındakı böhran fiskal və monetar tədbirləri tələb edəcək, hesabat isə bunu nəzərə almır.
Həmmüəllif Alan Şah isə bildirib ki, bazarın reaksiyası gözləniləndən güclü olub və hökumət AI-dan əldə olunan gəlirlərdən əlavə vergi tətbiq etməyi nəzərdən keçirməlidir.
AI iş yerlərini əlimizdə alacaqmı?
Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristalina Georgieva deyib ki, inkişaf etmiş ölkələrdə təxminən 60% iş yerləri süni intellektdən təsirlənə bilər.
"OpenAI" və ChatGPT yaradıcısı Sem Altman isə bildirir ki, AI ilə yox olan bəzi peşələr “əsl iş” olmayıb. Süni intellekt real dəyər yaradan fəaliyyətləri göstərib, yalnız işləməyi təqlid edənləri isə ayırd edəcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdən "təhlükəsiz parol" yalanı: Mütəxəssislər niyə "qəti etməyin" deyir?
25.02.2026ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq
25.02.2026Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
25.02.2026Neyron şəbəkələri çöküşə doğru gedir: Birjalar bu hesabatla sarsıldı
25.02.2026BDU 10 milyonluq tender elan edib
25.02.2026Bill Qeytsin komandası "süni günəş" yaradır: Bu, bütün dünyanı dəyişə bilər
25.02.2026Nə benzin, nə də elektrik: Avropada ən populyar avtomobillər açıqlandı
25.02.2026Kredit təşkilatı nizamnamə kapitalını 300 min manata yaxın azaltdı
25.02.2026Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25.02.2026Texnologiya nəhənglərinə etimad azalır: İstifadəçilərin 75 faizi narahatdır
25.02.2026"İpək Yolu Sığorta"nın ödənişləri dayanıb
25.02.2026"ABB" daşınmaz əmlaklarını hərraca çıxarır - MƏBLƏĞ
25.02.2026İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub
25.02.2026Azərbaycanda bu hospitalın 1 milyona yaxın borcu var
25.02.2026