"SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

Redaktor

10.12.2025 23:46
19

"SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

Amerikanın “SpaceX” şirkəti 30 milyard dollardan artıq məbləğdə ilkin səhmlərin yerləşdirilməsi - İPO həyata keçirmək niyyətindədir və bu, rekord göstərici ola bilər. 

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” mənbələrə istinadən yayıb. 

Bildirilir ki, şirkət öz dəyərini 1,5 trilyon dollar həcmində qiymətləndirməyi planlaşdırır.

Agentliyin məlumatına görə, “SpaceX” rəhbərliyi və məsləhətçiləri şirkəti 2026-cı ilin ortası–sonu aralığında birjaya çıxarmağı hədəfləyir. Mənbələrdən biri bildirib ki, İPO tarixi “bazar konyunkturası və digər amillərdən” asılı olaraq dəyişə və hətta 2027-ci ilə keçirilə bilər.

“Bloomberg”in iki mənbəsinin sözlərinə görə, “SpaceX” cəlb ediləcək vəsaitin bir hissəsini kosmosda data-mərkəzlərin yaradılmasına yönəltməyi planlaşdırır, o cümlədən bunun üçün tələb olunan çiplərin alınması nəzərdə tutulur. Şirkətin gəlirlərinin 2025-ci ildə təxminən 15 milyard dollar, 2026-cı ildə isə 22–24 milyard dollar olacağı gözlənilir. Mənfəətin əsas hissəsini “Starlink” peyk rabitəsi təmin edir.

“SpaceX” 2002-ci ildə təsis olunub, lakin indiyədək birjada səhmlərini yerləşdirməyib. Şirkət kommersiya peyk operatorları və “NASA” daxil olmaqla dövlət agentliklərinin missiyalarını yerinə yetirir. Ötən həftə ABŞ mediası şirkətin investorlarına 2026-cı ilin ikinci yarısında mümkün İPO barədə məlumat verdiyini yazmışdı.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"SpaceX" 30 milyard dollardan çox İPO keçirmək istəyir

10.12.2025

“Assaia” 26,6 milyon dollar investisiya alıb

10.12.2025

"İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək

10.12.2025

Nazirlik “Qarabağ Universiteti” üçün 7 milyonluq müqavilə imzalayıb

10.12.2025

"Grok" İlon Maskı "xilas etmək" üçün Yer əhalisinin yarısının məhvinə razılaşdı

10.12.2025

Azərbaycanda ÜDM istehsalı 1,6% artıb

10.12.2025

"Binance” ADGM çərçivəsi üzrə qlobal lisenziya alan ilk kriptovalyuta birjası oldu

10.12.2025

Yaddaş kartları bahalaşdı, "Nintendo" bir həftədə 14 milyard dollar itirdi

10.12.2025

Mərkəzi Bank tender elan edib

10.12.2025

Alimentlə bağlı yeni QAYDA

10.12.2025

Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi

10.12.2025

Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi

10.12.2025

“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı

10.12.2025

Prezident rektoru işdən çıxardı - Yeni təyinat

10.12.2025

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı

10.12.2025

"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq

10.12.2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

10.12.2025

Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib

10.12.2025

BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib

10.12.2025

Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır

10.12.2025

Məzənnə

Yüklənir...