Son 10 ilin milyarder yarışı - Dünyanın zəngin siyahısı necə dəyişib?

Redaktor

02.12.2025 09:57
439

Son 10 ilin milyarder yarışı - Dünyanın zəngin siyahısı necə dəyişib?

Hər il dünyanın ən zəngin insanlarının siyahısı maraqla gözlənilir. Son 10 ilin siyahısı ən rəqabətli vaxt sayılır. 2025-ci ilin ən zəngin şəxsi 450 milyard dollar sərvətə sahib Elon Mask olub. O, dünyaca məşhur sahibkar və texnologiya vizyoneridir. O cümlədən, “Tesla”, “SpaceX”, “Neuralink”, “The Boring Company” şirkətlərinin rəhbəridir. Mask həmçinin “X” platformasını satın alması ilə gündəmə gəlib. O, innovasiya və gələcək texnologiyaları ilə tanınır və son 4 ilin ən zəngin şəxsi adını qorumağı bacarıb. Siyahının əvvəlki illərdə zirvəsində olan zənginlər də geridə qalmır. Valyuta.az son 10 ilin ən zəngin şəxsləri siyahısnı təqdim edir:

2015, 2016, 2017: Bill Qeyts

2015-ci ilin ən zəngin şəxsi Bill Qeyts olur. O, “Microsoft” şirkətinin qurucusudur və uzun illər dünyanın ən varlı insanı olaraq tanınıb. O, həmçinin “Bill and Melinda Gates Faundation”da idarə heyyətinin üzvü və xeyriyyəçisi kimi fəaliyyət göstərib. Növbəti il - 2016-cı ildə o, bu uğuru təkrarladı, ancaq bununla yekunlaşmadı və 2017-ci ildə sərvətini qaldıraraq 3 il bu siyahının başında yer aldı. 2025-ci ildə, o, bu siyahının 13-cü yerində qərarlaşıb.

2018, 2019, 2020: Cef Bezos

Cef Bezos dünyanın ən məşhur sahibkarlarından biridir. O, “Amazon” şirkətinin qurucusu və uzun illər Baş İcraçı Direktoru olub. Bezos həm də “Blue Origin” kosmik şirkətinin qurucusudur. Bununla yanaşı, o, “The Washington Post” qəzetinin sahibidir və media sahəsində strateji qərarların qəbulunda iştirak edir. Bu il “Amazon” böyük gəlir mənbəyi idi. 2019-cu ildə “Amazon Prime” və e-ticarət satışları rekord səviyyəyə çatdı və “Blue Origin”də uğurlu raket uçuşları həyata keçirildi. 2019-cu ildə pandemiya dövründə onlayn satışların artması ilə “Amazon”un gəliri və sərvəti rekord səviyyəyə çatdı. Bu minvalla sərvəti qalxdı və Cef ilin ən uğurlu zəngini oldu. 2025-ci ildə o bu siyahıda heç də geridə qalmayıb və 3-cü sıranı tutub.

2021, 2022, 2023, 2024. 2025: Elon Mask

Elon Mask 2021-ci ilin ən zəngin şəxsi seçilib. Onun əsas işləri “Tesla”da baş innovator, “SpaceX”-də CEO olaraq raket və kosmik missiyaların idarə olunması, “Neurolink”-də insan beynini kompüterlə birləşdirmək üzrə tədqiqatlar və “The Boring Company” şirkətində tunel və yeraltı qeydiyyat layihələri yaradıb. 2022-ci ildə “Tesla” və “SpaceX”-in qiymət artımı ilə  sərvət rekord səviyyəyə  çatır və Mask təkrar ilin ən zəngini olmağı bacarır. 2023-cü ildə uğurlar artır. Beləki, “SpaceX”-in “Starship” və “Starlink” layihələrinin inkişafı davam edir, “Tesla”nın avtomobil satışları sürətlənir. O, bu il “X” platformasını satın alır. Mask bu ilin də siyahısına rəhbərlik edir. 2024-cu ilin uğurlarında yeni süni intellekt layihələri və enerji texnologiyalarının inkişafı yer tutur. Digər şirkətlərin davamlı inkişafi sayəsində Elon Mask  2024-cü ilin siyahısında ilk olub. Və nəhayət 2025-ci ildə də səhmləri durmadan artan şirkətlər sahibi 450 milyard ABŞ dolları civarında sərvəti ilə ilin ən zəngin insanı seçilib.

 Şəbnəm İbrahimxəlil

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...