Redaktor
Şirkətlərin səhmlərini satışa çıxarmaqda maraqları nədir?
Son dövrlərdə “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “PAŞA Bank” və “Azərsun Holdinq” kimi yerli şirkətlərin səhmlərini ilkin bazarda satışa çıxarması diqqət çəkir. Bu addım, əvvəlki illərlə müqayisədə artıq daha sistemli və məqsədli xarakter daşıyır və bazarda səhmlərin real alqı-satqı predmeti kimi formalaşmağa başladığını göstərir.
"ABB" 2024-cü ildə Bakı Fond Birjasında IPO həyata keçirərək səhmlərini əhaliyə açıq şəkildə təqdim edib və hazırda bu səhmlər sərbəst ticarət olunur. "PAŞA Bank" isə 2026-cı il ərzində səhmlərinin 5 faizini - təxminən 932 min adi səhm - ilkin bazarda satışa çıxarmağı planlaşdırır. Azərsun Holdinq də səhmlərinin IPO yolu ilə əhaliyə təklif olunacağını bəyan edib, lakin hələ rəsmi satış tarixi və konkret həcmdə məlumat mediada dəqiq təsdiqlənməyib.
Sual yaranır ki, bu tendensiyanın digər şirkətlərdə də görəcəyikmi? Və bu səhmlərin satışı şirkətlərə nə qazandırır, yəni səhmlərini indi satışa çıxarmaqda maraqları nədir?
İqtisadçı Rəşad Həsənov Valyuta.az-a bildirib ki, səhmlərin emissiyası ilə bağlı hazırda müşahidə olunan meyillər əslində ani deyil, uzunmüddətli və mərhələli şəkildə inkişaf edən bir prosesin nəticəsidir:
"Bu istiqamətdə ilkin təşəbbüslər, təbii olaraq, daha kiçik və çevik struktura malik şirkətlər – “göyərçinlər” tərəfindən həyata keçirilir. Bu təcrübə sonradan digər şirkətlər üçün də nümunə yaradır və onları bu üsuldan istifadə etməyə sövq edir.
Hazırda bazarda bu sahəyə marağın artdığı müşahidə olunur. Bunu şərtləndirən bir sıra faktorlar mövcuddur. Əvvəla, hesabatlılıq və şəffaflıq məsələləri ön plana çıxır. Əvvəlki illərdə bir çox səhmdar cəmiyyətlərin fəaliyyəti qeyri-formal sahibkarlıq çərçivəsində olub və hesabatlılıq səviyyəsi olduqca aşağı idi. Bu səbəbdən onların səhmlərinin bazarda yerləşdirilməsi üçün real imkanlar yox idi. Halbuki, kapital bazarı şəffaflıq, hesabatlılıq və uğurlu biznes modeli tələb edir. Məhz bu faktorlar əsasında səhmlər alqı-satqı predmetinə çevrilir. Təəssüf ki, ölkədəki bir çox səhmdar cəmiyyətlər uzun müddət vergi öhdəliklərindən və səhmdar gəlirlərinin bölüşdürülməsi prosesindən yayınmaq məqsədilə rəsmi hesabatlarda zərərlə fəaliyyət göstərdiklərini göstəriblər. Bu isə onların səhmlərinin bazar qiymətini əhəmiyyətli dərəcədə aşağı salıb. Belə hallarda səhm bazarının formalaşması faktiki olaraq mümkünsüz olur. Son dövrlərdə isə bu tendensiya dəyişməkdədir. Qeyri-formal sahibkarlığa qarşı aparılan mübarizə, rəqəmsallaşma, ödəniş sistemlərinin təkmilləşdirilməsi və nağdsız ödənişlərin artması şirkətləri dövriyyələrinin bir hissəsini leqallaşdırmağa məcbur edir. Bu isə artıq onların gəlir göstəricilərini və hesabatlarını şəffaflaşdıraraq, səhmlərin emissiyası üçün münbit zəmin yaradır".
R.Həsənov qeyd edib ki, digər bir mühüm faktor isə son vaxtlar kredit faizlərində baş verən artımdır:
"Bu səbəbdən uzunmüddətli maliyyə strategiyasına malik olan şirkətlər səhmlər və istiqrazlar vasitəsilə vəsait cəlb etməyi daha sərfəli alternativ kimi qiymətləndirirlər. Bundan əlavə, ümumi ekosistemin tənzimlənməsi, hüquqi çərçivənin təkmilləşdirilməsi və təşviqedici mühitin formalaşdırılması da prosesə müsbət təsir göstərir. Beləliklə, Azərbaycanda bir sıra şirkətlər üçün səhm emissiyası artıq vəsait cəlb etmənin real alternativi kimi dəyərləndirilir. Bütün bu amillər fonunda gələcək illərdə kapital bazarında səhmlərin və qiymətli kağızların emissiyası vasitəsilə vəsait cəlbinin daha geniş yayılması gözlənilir. Azərbaycanda biznesin əsas problemlərindən biri olan maliyyə əlçatanlığının aşağı səviyyədə olması bu mexanizmlərin inkişafı ilə qismən də olsa aradan qaldırıla bilər. Hazırda bu sahədəki təcrübə və ənənələrin zəif olması, eləcə də vençur maliyyələşdirmə modellərinin yayılmaması bu prosesi ləngidən əsas amillərdəndir. Lakin mövcud təşəbbüslər və formalaşmaqda olan bazar mühiti bu maneələrin zamanla azalmasına imkan verə bilər".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
02.02.2026Uorren Baffet lotereya bileti alardımı? - Risk və qazanc barədə fikirləri
02.02.2026Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır
02.02.2026Vahid Ələkbərovun sərvəti 24 milyard dolları ötüb
02.02.2026Minimum əməkhaqqına hər il baxılacaq
02.02.2026Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı ®
02.02.2026İlk 5-liyə düşən milyarderlər açıqlandı - Kim nə qədər sərvət artırıb?
02.02.2026“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
02.02.2026İki general rayon prokuroru oldu - Kamran Əliyevdən əmr
02.02.2026Fuad İsayev: "Son 2 ildə Azərbaycan banklarının əmanət portfeli 30 % artıb"
02.02.2026İxracdan gəlirləri azalan məhsullar - Məbləğ, Siyahı
02.02.2026Bankların xarici valyutada maliyyə institutlarına kreditləri 6,9 milyon manat azalıb
02.02.2026“İnnovasiyalar Mərkəzi” 1,2 milyon manatlıq tender keçirir
02.02.2026Zənginlər pullarını nəyə xərcləyirlər? - İlk yerdə xeyriyyədir
02.02.2026Z nəsli müdir olmaq istəmir
02.02.2026Sabahın hava proqnozu
02.02.2026Ötən il dövlət büdcəsi necə xərclənib? - Milli Məclisdə müzakirə olunacaq
02.02.2026Qızıl ixracı ölkəyə nə qədər valyuta gətirib?
02.02.2026Rabitəbankda yeni təyinat ®
02.02.2026