Redaktor
S&P: “2025-ci ilə qədər Azərbaycanda inflyasiya 3%-ə qədər azalacaq”
"2022-ci ildə Azərbaycanda inflyasiya orta hesabla 6,5% təşkil edəcək, 2025-ci ilə qədər isə 3%-ə qədər azalacaq".
"Report" xəbər verir ki, bu barədə "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Qurumun proqnozlarına görə, 2023-cü ildə istehlak qiymətlərinin orta artımı 4,5%, 2024-2025-ci illərdə isə 3% təşkil edəcək.
“2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil etməklə bizim əvvəlki proqnozlarımızı üstələdi. Bu, 2015-ci ildə manatın ikili devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illərdən sonra ən yüksək göstəricidir. Hazırki qiymət artımı digər ölkələrdə olduğu kimi pandemiyadan sonra iqtisadiyyatın yenidən təkrar açılmasının, ərzaq məhsullarının qiymətlərinin inflyasiyasının və bəzi inzibati qiymət artımlarının, o cümlədən ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin artmasının fəsadları ilə bağlıdır”, - deyə məlumatda qeyd olunub.
Azərbaycan hökuməti 2022-ci ildə inflyasiyanın 3,6% səviyyəsində olacağını proqnozlaşdırır.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBritaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər
12.03.2026ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır
11.03.2026Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq
11.03.2026"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər
11.03.2026“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”
11.03.2026Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı
11.03.2026Ən çox satılan 5 albom
11.03.2026IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026