“Sakit göl”dən növbəti şikayət

Redaktor

17.02.2022 16:00
974

“Sakit göl”dən növbəti şikayət

Müştərilərə qoyduğu qanundakənar qadağaları ilə mütamadi olaraq gündəmə gələn Şamaxıdakı “Sakit göl” hoteli bu dəfə daha irəli gedib. Belə ki, hotel nümayəndəsi korporativ şəkildə olan müraciətdən “biz ancaq ailələri qonaq edirik” səbəbi ilə imtina edib.

Valyuta.Az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya Bakıda fəaliyyət göstərən özəl şirkətlərdən biri müraciət edib. Şirkət əməkdaşının sözlərinə görə, mart ayında Şamaxıya təşkil edəcəkləri kollektiv səfərlə bağlı rayonda yerləşən “Sakit göl” hotelinə müraciət etsələr də, onlara nikah münasibətləri olmadan qəbul edə bilməyəcəklərini deyiblər: “Hotelin qeydiyyat şöbəsindən bildirdilər ki, turizm obyektinə ancaq ailəli şəxslər müraciət edə bilərlər. Kollektivlə hoteldə qalmaq mümkün deyil, hoteldə gecələmək üçün yalnız və yalnız nikah münasibətləri olmalıdır, bura ailəvi hoteldir.

Məsələ ilə əlaqədar hotel administratoru ilə danışmaq istəsək də, bizə nömrə vermədilər. Bildirdilər ki, ancaq email vasitəsilə məktub yazılmalıdır. Onu da dedilər ki, məktubun nə vaxt cavablandırılması, ümumiyyətlə, cavab olub-olmayacağı bəlli deyil. Hotel əməkdaşına bunun qanunsuz olduğunu xatırlatdıqda isə “kimə istəyirsiniz bildirin, biz belə xidmət göstəririk” cavabını aldıq”.

Məsələ ilə bağlı “Sakit göl” hotelinə zəng etdik. Hoteldən ailəvi səfərlərlə yanaşı korporativ müştərilərin də qəbul olunduğunu dedilər. Lakin bunun üçün əvvəlcədən rəsmi müraciət olunmalıdır: “Korporativ gəlmək istəyən qonaqlar iş yerindən bizim ünvanımıza məktub göndərməlidirlər. İstəyə görə müqavilə imzalanır və onun əsasında qonaqlar qəbul olunurlar. Hotel yalnız korporativ və ailəvi müştəriləri qəbul edir”.

Bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir? Belə halların olmaması üçün hotellərə nəzarət olunurmu?

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hoteldə qalmaq istəyən vətəndaş, əcnəbi yaxud vətəndaşlığı olmayan şəxslər hotelə şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport) təqdim etməlidirlər: “Cütlüklərdən hoteldə qalmaq, yaxud gecələmək üçün nikah şəhadətnaməsi tələb olunmur. Azərbaycan Mülki Məcəlləsnin 400.2-ci maddəsinə əsasən hotel nikah şəhadətnaməsi təqdim olunmadığına görə qonaqları qəbul etməkdən imtina edə bilməz. Mülki Məcəllənin 400.2-ci maddəsinə görə sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz”.

Xatırladaq ki, sözügedən hotel bundan əvvəl də nikahı olmayan cütlükləri qəbul etməməsi ilə gündəmə gəlmişdi. Həmçinin hotelin restoranında nahar üçün rezervasiya etmək istəyən şəxslərə də evlilik tələbi qoyulmuşdu. Belə ki, hotelin restoranından istifadə etmək istəyənlər evli olmalı və həm də nikah haqqında şəhadətnamələrini özləri ilə gəzdirməlidirlər. Əks halda, hotel rəhbərliyi tərəfindən restorandan istifadəyə məhdudiyyət qoyulur.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Britaniya banknotlarında Çörçillin yerini heyvanlar tuta bilər

12.03.2026

ABŞ "Binance" ilə bağlı İran sanksiyalarının pozulması iddialarını araşdırır

11.03.2026

Al bumu səbəbindən Android smartfonları köhnə texnologiyalara qayıdacaq

11.03.2026

"Apple" yeni emoji təqdim edir: 2026-cı ilin simvolu bu ola bilər

11.03.2026

“Münaqişə davam edərsə, neftin qiyməti 200 dollara çatacaq”

11.03.2026

Azərbaycanda Təhlükəsiz İdman Komissiyası yaradıldı

11.03.2026

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Məzənnə

Yüklənir...