Redaktor
30.12.2024 15:47
995
"T-Finans LTD"çilər Heydər Əliyevin xatirəsini yad etdilər (FOTO/VİDEO)
Bakıda "T-Finans LTD" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konfransı keçirilib.
Qaynarinfo-nun məlumatına görə, qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Konfrans iştirakçıları həmçinin Şəhidlər Xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib, onların adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə güllər düzüblər.
Daha sonra "T-Finans LTD" MMC-nin rəsmi şəxsləri, iş adamları, qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimi olub. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Tədbiri "T-Finans LTD" MMC-nin icraçı direktoru İlahə İlyasova açıq elan edib. O, qonaqlara 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Aazərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edildiyini xatırladıb. 1991-ci ilin dekabrından indiyədək Ümummili Lider Heydər Əliyevin təməli qoyduğu 31 dekabr Dünya Azərbaycanlılarının Hhəmrəylik Günü ölkəmizdə və xaricdə təm-təraqla qeyd olunur.
Şirkət rəhbəri Ümumilli lider Heydər Əliyevdən sitatda gətirib: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilib. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid yeridir".

"T-Finans LTD" MMC-nin Türkiyə nümayənədəliyinin vəkili Başar Yaltı bir neçə gün öncə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğraması nəticəsində xeyli sayda soydaşımızın ölümü və xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Qonaq daha sonra Ümumilli Lider Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlərindən söz açıb. Onun sözlərinə gorə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri bu tarixi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayır: "Heydər Əliyev deyib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün bu qardaşlıq münasibətləri yüksələn xətlə daha da inkişaf edir".

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı nailiyyətlərin, inkişafın, yüksək sosial tərəqqi erasına daxil olmasının məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olduğunu dilə gətiriblər. Onlar Türkiyə və Azərbaycan qardaşlıq münasibətlərindən də danışıblar.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda canlı musiqilər səsləndirilib.




Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
20.01.2026Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək
20.01.2026Milyarderlərə saxta Davos biletləri satılıb
20.01.2026Metroda xətlərin ayrılacağı tarix açıqlandı
20.01.2026Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb
20.01.2026BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər
20.01.2026"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi
20.01.2026İctimai iaşə dövriyyəsi artıb
20.01.2026"ChatGPT"də reklamlar necə yayımlanacaq?
20.01.2026Uşaqlar üçün olan bu məhsul bahalaşdı
20.01.2026İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı
20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB
20.01.2026Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
20.01.2026Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?
20.01.20262026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI
20.01.2026İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb
20.01.2026"ClickHouse" 400 milyon dollar investisiya alıb
20.01.2026Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub
20.01.2026Məzənnə
Yüklənir...