Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Redaktor

11.04.2025 14:10
592

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Alış-veriş təkcə məhsul seçimi və ödənişdən ibarət deyil. Bu prosesdə alıcı və satıcı arasında qurulan münasibət də xüsusi yer tutur. Bəzən bu münasibət xoş bir təcrübə yaradır, bəzən isə fərqli hisslər doğurur. Hər qarşılıqlı ünsiyyətin öz havası və dinamikası olur. Xüsusilə müəyyən məkanlarda bu münasibətlər daha çox diqqət çəkir. Məsələn, bəzi satıcılar alıcıları xoş qarşılayarkən, bəzi satıcılar alçaldıcı baxışlarla qarşılaya bilir. Bu, şəxsi keyfiyyətdir, yoxsa bu davranışların arxasında gizlənən məqsəd varmı?

Valyuta.az xəbər verir ki, bu barədə “Yukhulu” geyim mağazasının təsisçisi Nigar Xəlilova məlumat verib: “Təsəvvür edin ki, lüks bir markası olan bir mağazaya daxil olmusunuz. İnteryeri, kolleksiyası gözəldir, amma satıcıların sizə olan baxışları sizi qıcıqlandırır. Siz düşünürsünüz ki, bu satıcının şəxsi keyfiyyətidir. Əslində, bu belə deyil. Bu, lüks markaların marketinqidir, bir xüsusi strategiyadır. Yəni, o satıcılara belə olmağı, bu və bu kimi reaksiya verməyi öyrədirlər. Çünki onların yuxardan aşağı, xoşagəlməz baxışlarnı görəndə siz istər-istəməz hərəkətə keçirsiniz, özünüzü isbat etməyə çalışırsınız. Bu situasiya manipulyativ şəkildə sizə nə isə almağa sövq edir. Siz o lüks markadan nə isə alaraq həm özünüzə, həm də o satıcıya sübut etməyə çalışırsınız ki, siz də bu lüks dünyaya aidsiniz".

N.Xəlilova deyir ki, bu kimi situasiyalarla qarşılaşanda, reaksiyalar fərqli ola bilir: “Bu situasiya ilə mənim yaxınım da qarşılaşmışdı. Belə ki, evinin təmiri dönəmində çox sadə bir geyimdə lüks bir markanın mağazasına daxil olub. Satıcının alçaldıcı baxışları ilə qarşılaşıb və çantasında olan təmirə aid puldan götürərək 550 manata "yay ayaqqabısı" alıb. Təbii ki, sonradan peşman olub. Buradan belə nəticə çıxarmaq olar ki, nə qədər çox alçalma hiss ediriksə, o qədər çox almağa meyilli oluruq. Yəni, çox alçalma çox almaq istəyi yaradır”.

Sərvanə Rəmixanova

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb

16.03.2026

Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir

16.03.2026

Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi

16.03.2026

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

16.03.2026

“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb

16.03.2026
Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

Bakı şəhərində 64 milyon manata abadlıq işləri görüləcək

16.03.2026

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

16.03.2026

12 il işlədiyi "Meta"dan ayrılıb süni intellektə yeni yanaşma gətirir

16.03.2026

Rabitəbankdan nağd pul krediti üzrə sərfəli "Bahar Kampaniyası" ®

16.03.2026

Bəzi ailələr üçün 20 mənzil alınacaq

16.03.2026

Kartmane taksit kartı istifadəçiləri üçün “Novruz payı” kampaniyası (R)

16.03.2026

“Binance”ın qurucusu CZ indi Bill Qeytsdən daha varlıdır

16.03.2026

1100-dən çox klinika və 12 000 həkimlə əməkdaşlıq edən startap

16.03.2026

Onlayn kazino oyunları təşkil edən 4 nəfər tutuldu

16.03.2026

Yeni cərimələr təsdiqləndi

16.03.2026

78 yaşında biznes qurub 84 yaşında milyarder olan sahibkar

16.03.2026

"Meta" “Nebius” ilə 27 milyard dollara qədər dəyəri olan müqavilə imzalayıb

16.03.2026

Azərbaycan yanacağı Ermənistanda qiymətləri aşağı saldı

16.03.2026

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək

16.03.2026

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

16.03.2026

Məzənnə

Yüklənir...