Redaktor
"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır
"Meta" rəhbəri Mark Zukerberq ABŞ hökumətinin ciddi antiinhisar ittihamları ilə üz-üzədir.
Valyuta.az xəbər verir ki, Vaşinqtonda başlayacaq məhkəmə prosesi nəticəsində texnologiya nəhəngi "Instagram" və "WhatsApp" kimi əsas platformalarını itirə bilər.
Federal Ticarət Komissiyası bildirir ki, "Facebook" rəqiblərlə rəqabət aparmaq əvəzinə onları satın alaraq bazardakı üstünlüyünü qoruyub. “Instagram”ın 2012-ci ildə, “WhatsApp”ın isə 2014-cü ildə alınması da buna misal göstərilir. İddialara görə, Zukerberq 2008-ci ildə yazdığı bir məktubda bu strategiyanı açıq şəkildə ifadə edib: “Almaq rəqabətdən daha yaxşıdır.”
FTC-nin əsas arqumentlərindən biri odur ki, bu satınalmalar innovasiyaya deyil, rəqibləri sıradan çıxarmağa xidmət edib. "Meta" bu ittihamları rədd edir və bildirir ki, bazarda "TikTok", "YouTube", "iMessage", "X" kimi bir çox rəqiblə mübarizə aparır. Şirkət iddia edir ki, bu tip məhdudlaşdırmalar Amerikan innovasiyasına zərbə vurur və Çin texnologiyasına üstünlük qazandıra bilər.
Ekspertlər bu məhkəmənin yalnız "Meta" üçün deyil, ümumilikdə texnologiya sektorunun gələcəyi üçün həlledici ola biləcəyini qeyd edirlər. 2024-cü ildə "Instagram" "Meta"ya 32 milyard dollar reklam gəliri gətirib və bu, ümumi gəlirin 48%-ni təşkil edir. Məhkəmənin nəticəsi olaraq "Instagram"ın ayrılması şirkətə ciddi maliyyə zərbəsi vura bilər.
Eyni zamanda, FTC qeyd edir ki, 2016-cı ildən bəri ABŞ-da şəxsi sosial şəbəkə bazarında "Facebook"un gündəlik aktiv istifadəçilərinin payı 70%-dən çoxdur. Bu isə onun bazarda inhisar mövqeyini gücləndirdiyini göstərir. Tramp administrasiyası bu işi əvvəlki Bayden dövründə təqdim edilmiş iddialar əsasında davam etdirir və texnoloji inhisarlarla mübarizədə sərt mövqe sərgiləyir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026